Pisliyin qalibiyyəti üçün lazım olan yeganə şey yaxşı insanların heç nə etməməsidir. (Edmund Brunke)
Ailəsi gözləri önündə öldürülən insanın beynindən nələr keçir? Müharibədə əsir olmaq və işgəncəyə məruz qalmaq nədir?
Qafqaz regionunun dağlıq bölgəsində yerləşən Xocalıda erməni və rus əsgərləri tərəfindən törədilən müdafiəsiz azərbaycanlı mülki şəxslərin qətliamı ilə bağlı həqiqət ilk dəfə ortaya çıxarılır. 1992-ci ildə bir gecədə 700-ə yaxın insan öldürülmüş və 10 min insan evsiz qalmışdır. Bu sənədli filmdə həm qanlı münaqişə göstərilmiş, həm də igidlik, fədakarlıq və qurtuluş hekayəsi təsvir edilmişdir.
Bu faciə 1992-ci ildə baş versə də, bu günə kimi dünyaya tam reallıqları ilə çatdırılmayıb. Tarixi sənədli film auditoriyaya həqiqətlərin izində olan və hadisə iştirakçıları və qurbanlarının kamera qarşısında ifadələrini almış Litvalı jurnalistin gözləri və sözlərindən təqdim olunur.
50 qonşusunun həyatını xilas edən, lakin həyat yoldaşını itirən və sonrakı ayları əzablı əsirlikdə keçən bir musiqiçi düşünün. Müharibəni işıqlandıran, lakin həqiqəti gizlədən və qəhrəman olan bir rus jurnalistin köməyi olmasaydı, yeni doğulmuş qızını az qala itirən bir ana düşünün.
Rejissorlar 20 ildə ilk dəfə bu faciəli hadisə haqda ifadə vermək üçün qəhrəmanları, qurbanları və şahidləri bir araya gətirdilər. “Endless Corridor” bugünkü dünyada baş verən münaqişələrlə və qərəzlərlə əvvəlkindən daha çox əlaqəlidir. Alexandr Brokas: “Jurnalistlər Richard Lapaitis və Victoria Ivleva, ana və sağ qalan Meribahn, musiqiçi və müəllim Valeh – bunlar məşhur adlar deyil. Onların hekayələri, şahidlərin və fəalların hekayələri çatdırılmalıdır və ümid edək ki, həqiqətdən bir xeyir gələcək.”
“Endless Corridor” sənədli filminin rejissor və prodüseri “Accolade” Qlobal Film Yarışmasının qalibi (Ən Yaxşı Şou) Aleksandras Brokasdır. Hadisələr “Akademiya” mükafatı sahibi Jeremy Irons tərəfindən nəql edilmişdir. Amerika Emmy Mükafatının qalibi (Cozef) Gerald Rafshoon isə möhtəşəm filmin icraçı prodüserdir.