Cənubi Qafqaz Səyyar Fotoqrafiya Muzeyinin 13-cü tədbiri çərçivəsində yerli və beynəlxalq auditoriya üçün 16 dekabr 19:30-da (GMT+4) onlayn formatda mühazirə keçiriləcək.
Tədbir Tbilisi Fotoqrafiya və Multimedia Muzeyi tərəfindən və Ta(r)dino 6 – Bakı təməlli incəsənət platformasının birgə əməkdaşlığı ilə təşkil olunur.
Tbilisi Foto Festivalı və Tbilisi Fotoqrafiya və Multimedia Muzeyinin həmtəsisçisi və bədii rəhbəri Nestan Nijaradze “Fotoqrafiya – Universal Dil” mövzusunda ictimai mühazirə oxuyacaq. Daha sonra Gürcüstan, regional və beynəlxalq fotoqrafların slayd təqdimatları nümayiş olunacaq.
Nümayişin proqramı:
- Aleksandr Roinaşvili
- Nata Sopromadze
- Anka Gujabidze
- David Mesxi
- Sitarə İbrahimbəyli
- Mələk Bayramlı
- LensCulture
COVID-19 pandemiyası səbəbindən Səyyar Fotoqrafiya Muzeyi onlayn formata keçirilib. Azərbaycanlı ictimaiyyət və xaricdə yaşayan icmaların tədbirdə iştirakı təmin olunacaq.
Tədbir ingilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə nümayiş olunacaq. Onlayn tədbir ödənişsizdir və ilk qeydiyyatdan keçən 100 iştirakçı ilə məhdudlaşır:
Azərbaycan və beynəlxalq ictimaiyyət üçün onlayn “Cənubi Qafqaz Səyyar Fotoqrafiya Muzeyi” tədbiri Tbilisi Fotoqrafiya və Multimedia Muzeyi tərəfindən təşkil olunur və İsveçrənin Cənubi Qafqazdakı İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən “Təhsil və İnnovasiya üçün Cənubi Qafqaz Fotoqrafiya Mərkəzi” layihəsinin bir hissəsidir.