Nihad Fəlsəfeh
SƏSLƏR
(poema)
To Kamran, Subhan, Mehman, Firi –
All My friends of misery
1.
Adını söylə. Kimsən?
Heç kim. Özüm
İçində yaşayan ölüm
əlif, lam, lim, lüm
Grateful dead
Öl və muradına yet
İts gonna rain
И дождя не будет
Ey gül, kül olub gül
The rose is a rose
Yuxuma belə girməzdi ki,
Bu cür sayıqlaya bilərəm
Uşaqkən, qoca ikən
Sıyıq ye, səbr et
Zərləri atır Heraklit,
Mallarme, Talıbzadə
Girdə başın içində
Üçbucaq rəqəmlər
Kitabı apardı sellər
we lay down and wept
Personaj hərlənib-fırlanıb
Sonda Bizə dönəcək
Sətirlərim nərdivan
Tut və dırman
Qəlbə dərmandır
Söhbətdən tutduğun
LO-Fİ Quran
Ля-ля-фа
Mimetik üsul
Aldım qüsl
Гусли, гусли, go go go
I am Muslim
Mama told me I was best
смолоду береги честь
murdarlara qoy krest
and punch in their chest
saniyələri say
bir, iki… ready to die
yum gözlərini, öl, yat, грезь
başlayır your life after death
2.
Adın nədi, a bala?
Vermə qabağa-dala
Mənim adım Alyoşa
Ayağımda qaloşa
Cırt, pırt, zart, part
Bu da oldu avanqard
Qoy dünyanı sarsın noise
This is my fucking choise
Sözlər olsun darmadağın
Qoy səslənsin mənim ağım
Ağım, sarım, bozum, qaram
Durum-burum, daram-baram
Sarım, ağım, qaram, bozum
İstərəm sözləri pozum
Sonda qalsın tək ağ vərəq
O vərəqdə gül şəkli çəkək
Gülü tutub əlində Budda
Həqiqət elə budu da
Sözlər olur çilik-çilik
Qəlbdən qəlbə ötürülür bilik
Əslində heç bir bilik yox
Buddanın özü bir lomba pox
Müftə yeməkdən qarnı şişko
Buddanın budları 108 kilo
Camaata satıb yalan:
“Nirvanaya çat, insan, nurlan”
Nəyimə lazım nirvana,
Zahidlik ziyandır cana
Ay Sidhartha Qautama,
Niyə dönük çıxdın atana?
Sarayda var idi şəraitin,
Arvadın, oğlun, pişiyin, itin
Əşşi, nə isə… Gözlər məni inqilab,
Bir bakal pivə, ucuzdu pub
Gözlər sevimli yar, Baudrillard,
Bir bakal pivə, ucuzdu bar
Görəsən Şakyamuni
Edib qadınlara kuni?
Sözgəlişi dedim bunu
Kundalini sözü yadıma düşdü
3.
Adını söylə. Kimsən?
Daram Durum, müridi-mərd
Muridae, mətnləri gəmirən
Kitabxana siçanı
Yuxuda bir gül gördüm
Heç cür oyana bilmədim
Hərlənib-fırlanıb bizə döndüm
Buludları pinədim
Məst oldum
Göydən axan Kitab ilə
Girdə başın içində
əlif, lam, mimlər
Daha nələr, nələr…
Müxtəlif rəqəmlər
Миллион миллион алых роз
Cent mille milliards de poèmes
The Nine Billion Names of God
Onze Minutos
Tombeau pour cinq cent mille soldats
Dodici personaggi in cerca d’autore
Здесь пишет страх, здесь пишет крик
Daram-durum, tirim-pirim
Здесь пишет Scream
Səni oturum itirim
Mənə eləmə fors
Oh Anus in Furs
Gözümü yumanda (видеть)
Göyüm açılır (ведать)
L’histoire de l’oeil
Paralanır göy
Uçub düşür Mələk Tovuz
Söyləyir hava proqnozunu
Görkəmli diktor
ein großer Dichter
Гонится пурга
Bu xoş getmir Demiurqa
Sona çatır kasad nəqli
Personaj axtarır Əqli
Ey murdar Yaldabaof,
Fuck off!
4.
Adını söylə. Kimsən?
Nərmin Kamal Abdulla Şaiq
mağaraya qapı qoydum
qapımı açan yox
yolunu buz bağlayıb
günəşi Platon oğurlayıb
sufinin dünyası darmadağın
we killing Him softly
fırlanır zaman təkəri
qılınır iki rəkət namaz
dövran edir kainat
dönər də dövran edir
dövran içində dövran
run, Forrest, run
qoy bir yerdə durum
Sol əlimdə ayran, sağda dürüm
Dönər, dürüm, şaurma
Тождество, подобие, сходство
əşşi, hamısı bir pox, yox bərəkəti
kitabla yüklənmiş eşşəyin əti
Axıtmaq lazımdır qan?
Yoxsa books instead of gun?
Lap elə olsun yazıq heyvan
Niyə biz ondan alırıq can?
Bəlkə olaq vegetarian
Şellənsin inək, toyuq, баран
Canavar ulasın göydə görüb moon
Qol-boyun olsun bizlə meymun
Bütün canlılıar yaratsın vəhdət
Delfinlərlə edək söhbət
Onlarda güclüdür intellekt
Aramızda yaransın respect
Şüurumuz yaratsın şəbəkə
Böyük məna kəsb edir bu şəbədə
Bu barədə yazırdı Deleuze
Передо мной стоит тот же вопрос
Önümdə ucalır bu sual
Heyvanlar üçün edirəm dua
lütfən, çılpaqfən, please
qoy yaşasın eşşəklərimiz
5.
Adını söylə. Kimsən?
İnsansan? Cinsən?
Qurbanın olsun toğlu
İsmim Frankenşteyn Tofiq oğlu
Mən təpədən dırnağa bir kollaj
Yaradan edib mənlə prikolaj
Nə ölü kimi ölü, nə diri kimi diriyəm
Çox güclü və iriyəm
Quramayam, fraqmentar
Çox milliyəm və mental
Prius kimi hibridəm
Freydin dediyi İDəm
Nitsşenin dediyi – Üst İnsan
Bıçaq vursan çıxmaz qan
Gecə gəzirəm küçələri
Aman! Görürəm nələri…
Məndən də betərləri varmış
Onlar yolunu azmış
Mırtlaşsa da mənlə Yaradan
Hep Onu çağırıram ucadan
Amma bu gecə məxluqları
Sevir üzdəniraqları
Sevir ucuz kayfı, sevir patını
Yad eyləmir Koroğlunun atını
Yad eyləmir şanlı keçmişi
İbrətlərə deyir “əşşi…”
Avaralanır veyil-veyil,
Avaralanmaq dvijenya deyil
Dvijenya deyil kiməsə gəlmək atış
Dvijenya deyil narkosatış
Bir kitab açıb oxuyun,
Sevgi nədir – onu duyun
Dərs oxuyun, alın təhsil
Fəxr etsin sizlə nəsil
Bir işdən tutub olun peşəkar,
Gəzməyin boş-bekar
Boş baş – qurdların yemi
Bunu deyir Frankenşteyn əmi
Kollaj olsam da sizdən diriyəm
Zəkalı və milliyəm
6.
Adın nədir, ay xanım?
Səni görcək donur qanım
Mənim adım Aliyə
Soruşma necə? Niyə?
Qəlbimdə var oyuq
Ora sızır qaranlıq və soyuq
Dünyanın kini-küdurəti
Qaxac olur qadının əti
Qadının saçları dönür külə
O külü sovurur külək
Qadın itirir zərifliyi
Uçub gedir qadının iyi
Scent of a woman
Aman, ay aman
Qadının bənizi solur
Həyatı puç olur
Vəhşi kişilər içində
Qadın sanki ağ qarğa
Və mübarizə aparsın deyə
Qadın çevrilir başqa məxluqa
Məsələn, olub əvvəl Aliyə
İndi olur Alien
Alien yəni Чужой
Qaragöz boy boy boy
Alien yəni Özgə
Beləsindən özünü gözlə
Alien sənə bişirməz dolma
Alien deməz min dalıma
Alien yumaz şalvarını
Heç sevməz piyli qarını
Səni yataqda etməz təmin
Bundan əmin ol, əmin
Sənə doğmaz nə qız, nə oğul
Aldatmaz onu heç bir nağıl
Ay zavallı, ay bədbəxt
Alien-in məskəni deyildir mətbəx
Məskəni kosmosdur, kosmos
Orada özünə o gəzir bir dost
Orada özünə o gəzir aşna
Ну как, тебе страшно?
7.
Adını söylə. Kimsən?
Qaş qardaşın Vaqif
Ya da ki, qoy olsun Olson
Archaeologist of morning
Мы с тобой одной брови
Я и ты, Каспар Хаузер
Bir də denən kimsən?
Call me İsmael
Kəsişməyən iki paralel
Dövran edən karusel
Call me Babiabi, бобэоби
Uncle Toby
Löppədodaq, löşdodaq
Мыслящий бессмертный рот
Babil qülləsi, duz təpəsi
Beyinə oxşayan qoz ləpəsi
Call me final
Cavabsız sual
Sirləri bilən abdal
Del və dal
Call me yolun azmış bir kəs
Sözü bitmiş səs
Quşsuz qəfəs
Orijinalı olmayan əks
Call me cünun
Heç-heçə bitmiş oyun
Edam gözləyən boyun
Forma axtaran məzmun
Call me həftəbecər
Müəllifi əsir edən əsər
Açılmayan səhər
Darmadağın şəhər
Call me quru qurama
Mətn toxuyan barama
Oxşamıram adama
Varlığım yamaq-yamaq
Call me qoşa atılmış zər
Dövran edən dönər
Örtülü gözlər
Və daha nələr, nələr…
8.
Adını söylə. Kimsən?
Rasim Miras Samir Misra
Yeyib içən yazıb qusan
литературоед
Dönər, dürüm, şaurma
Mətnim xalis qurama
Şaurma, dürüm, dönər
Yazdım gözəl sətirlər
Dönər, şaurma, dürüm
Mən balığam, mətn kürüm
Şor, pendir, lavaş
Məni oxu da, qardaş
Şor, lavaş, pendir
Google-dan məni endir
Pendir, lavaş, şor
Axı zor yazıram, zor
Bal, süd, yumurta
Oxu məni, get çorta
Yumurta, süd, bal
Əsl şeir, təmiz mal
Yumurta, bal, süd
Burda qoyuram bir düüüd
Ət, balıq, kəllə
Kitabımı əllə
Kəllə, balıq, ət
Yüksək səviyyəli sənət
Ət, kəllə, balıq
Sətirlərim dombalıb
Yağ, süzmə, qatıq
Başqa söz yox artıq
Qatıq, süzmə, yağ
Sətirlərim incə bağ
Yağ, qatıq, süzmə
Fikir verin sözümə
Pivə, çaxır, araq
Çox fraqmentar və calaq
Araq, çaxır, pivə
Nə gözəldir bu şivə
Pivə, araq, çaxır
Göydən üç kitab axır
9.
Adını söylə. Kimsən?
Səni sevən birisi
Saçından düşməsin bircə tel
One man’s fun is another’s hell
Pulum, malım oldu sənə yem
Love Is A Losing Game
Qurban sənə pulum min-min
You are the dancing queen
Fəqət sənə olamadım tay
Don’t you cry tonight
Sən günəşsən, mən bulud
You know I’m no good
Urəyim qan axıdır, qan
Did you just want to have fun?
Eşqim ucadan uca bir pik,
Eləmi? Don’t speak, Don’t speak
Qəlbim oldun qəlbimə tapıb yol
You’re My Heart, You’re My Soul
Mən səndən necə doyum?
Nothing compares to you
Mən balığam, sən də göl
Qoydun məni susuz, Barbie Girl
Səndə görmürəm heç bir eybi
you’ll always be my baby
Əzablıdır bu duyğu
Since I’ve Been Lovin’ You
Eşq insanı edir dəli,
When you believe
Artıq çox gecdir, gec
I’m Deranged
Qabaqda tənhalıq, sonsuz yol
Without you, I’m nothing at all
Əzalarınızı bağlayar buz
If you try walking in my shoes
Yarım deyir, eşq dənizində boğul, it
The Ground Beneath Her Feet
Eşq müqəddəsdir, eşq oddur, alov
Love is a temple, love the higher law
Əlvida! Qabaqda gözləyir məni gor
Knock, knock, knockin’ on heaven’s door
10.
Göylərdən bir səs: Kimsən?
Cin atına minmiş Nihad
Şüurum verib çat
Başıma təpib at
Şeydi…zaddı…
At muraddı
Tarap-turup
Изысканный труп
Deyəsən, dəli olub getdim
burulğanda batdım
Aman Tanrım, yenə açılır göylər
Oradan bir səs böylə söylər:
Qorxma, yekə oğlansan, Nihad
Mən vermişəm sənə istedad
Чтоб признал тебя Высший Свет
Dont be afraid, dua et
Hər dəfə gələrək vəcdə
Tək Mənə tapın, et səcdə
Yuxuya gedərək hər dəfə
Özünü tut Mən tərəfə
Çox danışmağın yoxdur yeri
В общем, getdim, sən də yeri
Sonda fikir ver bu dediyimə
Goy işləsin iliyinə
Аз есмь Великий, Мудрый Бог
Mən sənə dost, sənə dost Ghost Dog
Sənə dost Məşədibaba, yaxçı oğlan
Pərvanə kimi odlanan, yanan
Bir dostun da var, Nihad
Notorious B.I.G., твой брат
Sən kimi o da yetim
Həyatı çətin idi, çətin
Yazırdı həcv, atırdı diss
И что? Axırı oldu pis?
Yox, Nihad, yox, saxla yadında,
Repeat et hər yatanda:
Swing, groove, flow, drive –
И ты войдешь в рай
Söz yolunda can qoyan şair
Uçur on the air