AÇIQ ÇAĞIRIŞ: Her Art in Action 2027 (Kuratorlar üçün)

Her Art in Action festivalı 8 mart 2027-ci ildə başlayacaq 4-cü buraxılışı üçün junior kurator vəzifəsinə müraciətləri qəbul edir.

Seçilmiş namizəd 16 dekabr 2026-cı il – 30 may 2027-ci il tarixləri arasında festivalın kurator komandasına qoşulacaq. Vəzifə bəzi axşam saatlarında və həftəsonlarında işləməyi də tələb edir və bu şərt mütləqdir.

4-cü Buraxılışın Mövzusu: Üçüncü Məkan 

“Her Art in Action” festivalının dördüncü buraxılışı sülhü dəyişməz bir vəziyyət kimi deyil, gündəlik jestlər, sözlər və bir süfrə arxasında qurulan münasibətlər vasitəsilə formalaşan bir proses kimi təqdim edir. Sülh fərqli baxışların, keçmişlərin, kimliklərin və təcrübələrin bir araya gəldiyi üçüncü məkan kimi təqdim olunur. Bu ortaq məkan fərqləri ayırıcı amil kimi görmək əvəzinə, yaxınlaşma, əlaqə qurma, barışma və güclənmə imkanları yaradır.

Bu prosesdə qadınlar aparıcı rol oynayır. Qadınlar həm ictimai fəaliyyətləri, həm də şəxsi münasibətləri vasitəsilə müdafiə və maarifləndirmə işləri aparır, həmçinin qayğı göstərirlər. Bununla da mədəni kimliyin və kollektiv yaddaşın formalaşmasına və qorunmasına, eləcə də ortaq gələcəyin qurulmasına töhfə verirlər.

Sülhü mümkün edən nədir? Onu həm öz daxilimizdə, həm də başqaları ilə münasibətlərimizdə necə yarada bilərik? Qadınların nəzərində sülh nə deməkdir və bu üçüncü məkanı qoruyub saxlamağın yolları hansılardır?

 

Vəzifə Haqqında

İncəsənət festivalının hazırlanmasından açılışına və yekunlaşmasına qədər bütün təşkilati mərhələlərində praktiki təcrübə qazanmaq istəyən, karyerasının ilkin mərhələsində olan namizəd axtarırıq.

Junior kurator festivalın baş kuratorları, incəsənət meneceri və sərgi fəaliyyətlərinin təşkilində iştirak edən VarYox komandası ilə yaxından əməkdaşlıq edəcək.

Bu vəzifə namizədə müasir incəsənət festivalının kuratorial və təşkilati proseslərində iştirak etmək, eyni zamanda festivalın 4-cü buraxılışının hazırlanmasına və təqdimatına töhfə vermək imkanı yaradacaq.

Əsas vəzifə öhdəlikləri:

  •       Festivalın açıq çağırış prosesinin idarə olunmasına dəstək göstərmək
  •       Rəssamların seçim prosesində iştirak etmək
  •       Rəssamlarla əlaqələrin qurulması və kommunikasiyaya kömək etmək
  •       Sərgilərin hazırlanması prosesində iştirak etmək
  •       Sərgilərin quraşdırılması prosesinə dəstək göstərmək və işlərin gedişinə nəzarət etmək
  •       Kuratorial turların təşkilinə və keçirilməsinə kömək etmək
  •       Festival müddətində ictimai proqramların həyata keçirilməsinə dəstək vermək
  •       Kurator və sərgi təşkilatçılığı komandaları ilə birgə işləmək

Seçim Meyarları

Aşağıdakı meyarlara cavab verən namizədlərin müraciətlərini gözləyirik:

  • Müasir incəsənət və kuratorluq fəaliyyəti ilə maraqlanan, karyerasının ilkin mərhələsində olan şəxslər
  • İncəsənət və mədəniyyət layihələrində və ya tədbirlərində müəyyən iş təcrübəsi
  • Sosial mövzulara və bədii təcrübələrə, xüsusilə qadınlarla bağlı məsələlərə maraq
  • Komandada əməkdaşlıq etmək, gərgin iş şəraitində çalışmaq və müəyyən edilmiş tapşırıqları son tarixlərə uyğun yerinə yetirmək bacarığı
  • Azərbaycan dilində sərbəst, ingilis dilində isə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Zərurət yarandıqda axşam saatlarında və həftəsonlarında işləmək imkanı

 

Vəzifə haqqında əsas məlumatlar

Vəzifə: Junior kurator

İş forması: Yarımştat

İş müddəti: 16 dekabr 2026 – 30 may 2027

Festivalın açılış tarixi: 8 mart 2027

Müraciət qaydası

Maraqlanan namizədlərdən aşağıdakı sənədləri təqdim etmələri xahiş olunur:

  •       Təhsil və müvafiq iş təcrübəsini əks etdirən CV
  •       Vəzifəyə maraqlarını və müvafiq təcrübələrini izah edən motivasiya məktubu

Müraciətlər aşağıdakı elektron poçt ünvanına göndərilməlidir:

[email protected]

Müraciət üçün son tarix: 1 dekabr 2026-cı il

Seçim prosesi

İlkin seçim mərhələsini keçən namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Seçilmiş namizədə 15 dekabr 2026-cı il tarixinədək məlumat veriləcək və namizəd növbəti gün işə başlayacaq.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər