Li Edelkort – Dəyişmə qaçınılmazdır
“Dəyərlərimizin dəyişməsi qaçınılmazdır”: Trend ovçusu Li Edelkortdan dünyamızın koronavirusdan sonra necə dəyişəcəyi haqqında.
Dünyanın əsas trendsetteri (yeni ideya və trendləri hamıdan tez analiz edən və şəxsi timsalında bu yenilikləri kütləvi istifadəyə nəql edən şəxs), “Trend Union” adlı aktual dəyişikliklərin və görüşlərin proqnozlaşdırılması ilə məşğul olan şirkətin təsisçisi Li Edelkort COVİD-19-un bəşəriyyət üçün təhlükə olandan sonra dünyanın və bizim necə dəyişəcəyimiz barədə bəhs edir.
Qısası, onun fikrincə koronavirus insanın inidiyə dək rastlaşmadığı qlobal miqyaslı bir porblemdir, lakin məhz bu ölümcül təhlükə sayəsində bizim humanistik dəyərlərimiz bərpa olunacaq. Li COVİD-19-u “istehlak karantini” kimi kəskin sözbirləşməsi ilə adlandırır və bunun dərin mədəni və iqtisadi izlər buraxacağını iddia edir. İstəsək də, istəməsək də var-dövlətimizin həcmini azaltmalı olacayıq və daha az səyahət etməyi öyrənəcəyik, çünki virus insanlara təsir etməklə birgə müasir dünyada cərəyan edən bütün proseslərə yansıyır. Fərqi yoxdur söhbət ərzaqların çatdırılmasından, yoxsa sərnişin nəqliyyatından gedir. Li iddia edir ki, bir azdan qızlar sadə paltar əldə etmək səbəbi ilə sevinc hissi keçirəcəklər, köhnə sevimli şeyləri yenidən kəşf edəcək, kitabları təkrarən oxuyacaqlar. Başqa sözlə, insanlar məcburən daha az istehlak etməyə başlayacaq və əldə olanla yetinməyi öyrənəcəklər.
Bəlkə də bu dəhşətli və həyasızcasına səslənəcək, lakin fakt odur ki, bəzən insan üçün pis olan təbiət üçün yaxşıdır və ekoloji cəhətdən səmərə gətirir. Linin sözlərinə görə, Çində təşkil edilən son aerofotosessiya onu göstərir ki, virusun ortaya çıxmasından sonra istehsalın dayandırılması müddətində göy səthi təmizlənməyə başlayıb, karbon tullantılarının və sənayə çirklənməsinin həcmləri azalıb. Lakin ekobonusu tam şəkildə qiymətləndirmək üçün daha uzun zamana ehtiyac var.
Edelkort qeyd edir ki, planetar miqyaslı fəlakətin daha bir müsbət nəticəsi ondan ibarətdir ki, əmək münasibətlərinin yeni sistemi yaranır və istehsal üçün daha rahat şərait formalaşır.
Koronavirusun tüğyan etməsi səbəbilə böyük kütlələrin toplandığı mühüm tədbirlərin ləğvi təşkilatçıları yeni formada tədbirlər, həmçinin məlumatın paylaşılmasının innovativ üsullarını axtarmağa vadar edəcək.
70 yaşına çatmış Edelkort dünyanın ən nüfuzlu trend ovçularından biri sayılır, mütəmadi olaraq məşhur brendləri və böyük istehsalat şirkətlərin məsləhətləşmələrini aparır. 2003-cü ildə “Time” onu moda dünyasının 25 ən nüfuzlu şəxslərinin siyahısına əlavə edib. Bundan əlavə, Edelkort beş il öncə biz bildiyimiz modanın sonunun gələcəyini proqnozlaşdırmışdı. Paralel olaraq, o, moda sənayesinin özünün anlaşılmaz və aciz parodiyasına çevrildiyini vurğulamışdı.
Li əmindir ki, koronavirusun təsiri bizi təyyarəyə minməkdən imtina etməklə, evdən işləməklə, yalnız dostlarımızla əylənməklə tempimizi aşağı salmağa məcbur edəcək, müstəqil və diqqətli olmağı öyrədəcək. Moda nümayişləri qəribə və yersiz, səyahət reklamları – gülməli, gələcək barəsində planlar şübhəli görünəcək. Bunların bir əhəmiyyətinin olacağı da sual altındadır. Nəticə etibarı ilə istəmədən doğulduğumuzdan bəri bizə bəlli olan sistemi hər gün şübhə altına qoyacayıq!
Planetin qorunması, həmçinin həyatda qalmaq üçün Drakon qaydalarının tətbiq edilməsini – həyatımızın, istehlak və istehsalımızın, əyləncə üsullarımızın dəyişməsini anlamağa başladığımıza baxmayaraq, koronavirus bu prosesi sürətləndirəcək və ola bilsin ki, bu bəşəriyyətin öz xoşluğu ilə edə bilmədiyini həyata keçirəcək. Gənclik nə isə əldə etməyə can atmır, nəyinsə sahibi olmaq (paltar, maşın və s.) artıq cəlbedici deyil. Dünyada demək olar ki hər şeyin 90%-i planetimizin əsas fabriki olan Çində neftdən istehsal edilir və Edelkortun proqnozlarına əsasən, yaxın zamanda mağazaların boşalacağının şahidi olacayıq. Ölkələrin iqtisadiyyatına ciddi zərbə vuran və ətraf mühiti çirkləndirən Hindistana sintetik sarilərin və Afrikaya plastik ev əşyalarının aramsız ixracı dayanacaq və bununla yerli sənətkar icmaları, kustar istehsal, tətbiqi incəsənət və əl əməyinə ən çox qiymət verilən bütün sahələr üçün yeni imkanlar yaranacaq. Başqa dəyərlərə, həmçinin istehsal, nəqliyyat, paylanma, pərakəndə satış prinsipləri ilə bağlı başqa üsullara malik yeni iqtisadiyyat yaranacaq. İlk növbədə koronavirus lüks brendlərə, mehmanxana biznesinə və qida məhsullarının idxalına zərbə vuracaq.
Həyatda qalmaq üçün dəyişməyə məcbur qalacayıq: daha az istehlak etməyi öyrəcənəyik, adətlərimizin əksəriyyətindən imtina edəcəyik. Və Li Edelkortun haqlı olduğu halda – “Dəyərlərimizin dəyişməsi qaçınılmazdır”.