Atalar və qızlar / Yatmaq vaxtıdır

-Balaca balaların yatan vaxtıdır, nəyinki indi, burada, eynən hər yerdə – bütün evlərdə. Çünki saat ondur, deməli, atalar qızlarına nağıl danışırlar…

 

-Dədə, niyə nağılı axşam, yatmazdan öncə danışırlar? Olmaz ki, başqa vaxtlar da danışalar?

 

Dədə, yəni ata, lazımlı kitabı axtararaq:

 

-”Petite frite” (pötit fğit), axşam nağıl danışılır ki, adamlar yatsın – bütün balaca ”bebi”lər ”bay-bay” edirlər.

-Bəs, danışmayanda yatmırlar?

-Yaxşı sualdır… Əslində, biz, atan və anan, nağılsız yatırıq. Bizə nağıl danışan yoxdur..

 

Balaca qız bir az da yorğanın altına girib, atasına diqqətlə qulaq asmaqda davam edir. Ata, lazımlı kitabı götürüb qızının yatağına yaxınlaşır.

 

-Amma biz yatırıq. Deməli bu ancaq balacalara aiddir, hansılar axşamlar mütləq yatmalıdırlar.

 

Qız növbəti sual üzərində fikirləşməyə başlayır, dədəsi nağılı oxuyur. Nağılda yenə hansısa qəhrəman igid oğlan at minib, ox atıb, əjdaha başları kəsirdi. Qız duruxur, nağılı ortada kəsir:

 

-Dədə, mən qızdan olan nağıl istəyirəm.

 

Ata sualın və təklifin gözlənilməzliyini həzm edib cavab verir:

 

-Əslində belə nağıllar var, amma tapmaq bir az vaxt tələb edəcək.

 

Ata üzünü küncdə dayanan kitab rəfinə çevirir. Qızın şirin və həzin səslə:

 

-Amma mən istəyirəm axı.

-Bilirəm, əslində orada olan kitablara bir-bir baxsaq, vaxt çox gedəcək, sən isə yatmalısan.

-Mən də yatmağa çalışıram da.

 

Ata bir az düşünüb əlavə edir:

 

-Olsun, başıma bir ideya gəldi, gəl nağılı dəyişməyək, ancaq orada cəsur oğlan yerinə cəsur qız olsun, necədir? Oxuyanda da özüm o yerlərdə “qız” deyəcəm.

-Hə! Belə yaxşıdır.

 

Ata oxuduğu səhifəyə nəzərlərini qaytarıb davam etdi:

 

…“beləliklə, əyninə zireh geyinən qız atını yəhərləyib yola düzəlir. Az gedir, çox gedir. Qırx gün at belindən düşmür, ac qalır, susuz, yuxusuz gecələr keçirir. Neçə ölkədən keçir, neçə şəhər və qəsəbə görür. Axır gəlib çıxır böyük və içi qaranlıq olan mağaranın qabağına. Harada deyilənə görə nəhəng təpəgöz qalır, hansı ki, qızın sevdiyi oğlanı oğurlayıb, ona sehirli ovsun oxuyaraq yatızdırıb. Qız qılıncını çıxarıb içəri girir. Hay qopur, haray qopur, göylər, yerlər əsir, elə bil qiyamətdir. Nəhəng təpəgöz qızı tutmaq istəyəndə, qız qılıncı ilə təpəgözün başını bədənindən ayırır. Sonra mağaranın küncündə olan qəfəsi açır, şüşə tabutun qapağını qaldırıb, sevdiyi oğlanı dərinə yuxuda tapır. Qız dəbilqəsini çıxarır və oğlanı öpür. Oğlan oyanır. Qız oğlanı qollarına alıb mağaradan çıxarır. Onu öz atına otuzdurur. Oğlan atda, onun xilaskarı olan şirürəkli qız isə piyada. Beləcə, onlar bərabər öz qəsirlərinə qayıdırlar. Öz toylarını elan edirlər. Mağarlar qurulur, uzaq ölkələrdən hədiyyələr gəlir. Qırx gün, qırx gecə musiqi, rəqs, şadyanalıq olur. Beləcə, cəsur şahzadə qız və oğlan uzun və xoşbəxt ömür sürürlər“ Belə. Bitdi. Gecən xeyirə.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir