Müəllimlər

 Müəllimlər

Eşidirəm ki, Bakıda müsəlman müəllimləri rus bayramlarına hörmət qoyub bir neçə gün fəhlələrə dərs deməyiblər.

 

Söz yox, hamı gərək azad olsun və nə vaxt istəyir bayram saxlasın, nə vaxt istəmir saxlamasın.

 

Amma bu qədər var ki,heç bir kəsin azadlığından gərək özgəsinə zərər toxunmasın. Məsələn, mən müsəlman müəllimiyəm və fəhlələr də müsəlmandırlar. Heç kəs mənə zor eləmir ki, rusların kəlisa bayramlarında müsəlman fəhlələrinə dərs deməyim. Bəs səbəb nədir ki, fəhlələri dərssiz qoyum? Və nə ixtiyarım var ki, dərssiz qoyum? Hələ bunların hamısından məzəli müəllimlərin cavabıdır. Biz bu əhlavatı qəzetlərdə oxuyub müəllimlərə kağız yazdıq və soruşduq ki, ay üzüqaralar, bu nə işdi?

Müəllimlər bizə gör nə cavab göndəriblər:
Cənab Molla Nəsrəddin, bizi çox da məzəmmət eləməki, fəhlələri dərssiz qoyub rus bayramlarını bayram saxladıq. Bunun səbəbi var: səbəbi budur ki, Mərdəkanda qoç döyüşdürürdülər. Amma qoç nə qoç, birini yüz manata almışdılar vəyazıb bizi çağırmışdılar ki, işdi partiyabazlıq davası düşsə qoymayaq adam tələf olsun… Qərəz…

Yazıq məşədilər, gündə sizi qəzetlərdə yamanlayırlar ki, siz cümə günləri dükanları açıb alış-veriş eləyirsiniz və bazar günləri xaçpərəstlərə baxıb dükanlarınızı bağlayırsınız.

Amma bizim müəllimlərimiz, yəni özgələrə dərs verən cənablarımız İsa əleyhüssəlamın mövludu münasibətilə tətil edə-edə heç bilmirlər ki, öz peyğəmbləri ilin hansı ayında dünyaya gəlib. Biz çox da bayrambaz deyilik və genə də deyirik ki, bayram məsələsində hər bir şəxs gərək azad olsun, hətta biz bunu da deyirik ki, bəlkə hamısından yaxşı o olardı ki, millətlərin hamısı qardaş kimi bayramları bir yerdə saxlayaydılar. Amma bizim sözümüz burasındadır ki, biz qonşularımızdan heç bunu gözləmirik də və görmürük də ki, onlar bizim cümələri tətil eləsinlər və bayramlarımıza şərakət etsinlər. Və mən görürəm ki, indi onlara əgər bu təklifi eləsək, onlar bizə cavab verərlər ki, “poşol k çortu”. Amma biz çox həvəs ilə onların bazarını da saxlayırıq və hətta kəlisa bayramlarını da öz bayramımız hesab edirik. Əgər biz bunu etiqad yolu ilə eləsəydik –bu özgə bir məsələ olardı.

Amma ________

Deyəsən ki, dəxi burada heç bir əmma qalmadı, bircə bundan savayı ki, meşədə yaşayan meymunlar ilə bizim heç təfavütümüz yoxdur.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir