Susan Sontag – Fotoqrafiya üzərinə

 Susan Sontag – Fotoqrafiya üzərinə

Müəllif haqqında:

 

1933-cü ildə ABŞ-da doğulan yazar Syuzen Zontaq, öz dövrünün ən nüfuzlu tənqidçilərindən biri hesab edilir. Zontaqın aktiv fəaliyyətinin əsas hissəsini Vyetnam müharibəsi və Sarayevo mühasirəsi də daxil olmaqla, münaqişə zonalarına səyahəti, bu barədə yazdığı yazılar və verdiyi mühazirələr təşkil edir. Fotoqrafiya, mədəniyyət və media, QİÇS və xəstəlik, kommunizm, sol ideologiya haqqında geniş yazılar yazmışdır.

 

1960-64-cü illər arası Nyu-York Şəhər UniversitetiKolumbiya Universitetində fəlsəfə dərsi deyən Zontaqın, 1964-cü ildə məşhur əsərlərindən biri olan “Kemp haqqında qeydlər”-i (Camp) nəşr olunur. Buradakı “camp”, düşərgə sözü ilə səhv salınmamalıdır. Zontaqın kempi özünü məharət, stilləşdirmə, teatralizasiya, istehza, zarafatçılıq və mübaliğə ilə üzə çıxaran bir hissiyat mənasına gəlir.

 

80-ci illərin sonunda Syuzen Zontaq PEN Yazıçılar Təşkilatının prezidenti idi. PEN bütün dünya yazıçılarını birləşdirən təşkilatdır və azad yazıçılığı müdafiə edir. 1989-cu ildə məşhur hind yazar Salman Rüşdinin “Şeytan ayələri” kitabı nəşr olunduqdan sonra, dünyanın bir çox ölkəsində qadağan edilir və Ayətullah Xomeyni yazıçının ölümünə fətva verir. Həmin dövrdə Syuzen Zontaq yazara davamlı dəstək verir və amerikan yazarlarını da bu məsələyə münasibət bildirməyə çağıraraq aktivist fəaliyyətini davam etdirirdi.

 

Fotoqrafiya üzərinə:

 

Zontaqın 1977-ci ildə nəşr olunan monoqrafiyası “Fotoqrafiya üzərinə”, müəllifə dünya şöhrəti gətirən vacib əsərlərindən biridir. Rolan Bartın “Camera Lucida”-sı ilə ilə birlikdə “Fotoqrafiya üzərinə” sənədli fotoqrafiya mövzusunda yazılmış ən həlledici əsərlərdən biri kimi qiymətləndirilir.

 

1973-77-ci illər arası yazılmış esselər toplusundan ibarət kitab, fotoqrafiya nəzəriyyəsini və sənədli fotoqrafiya fenomenini müzakirə edir.

 

Zontaq öz kitabında, gündəlik yaddaşımızda özünə yer edən foto stereotiplərini dağıdır və fotonun reallıq, zaman, tarixlə olan əlaqəsini müəyyən etməyə çalışır.

 

“Fotoşəkillər əlçatmaz və idarəolunmaz hesab edilən reallığı dondurma, dayandırma vasitələrindən biridir. Lakin dünyaya obrazlar formasında sahib olmaq, sözün əsl mənasında həqiqi olmayanı və reallığın uzaqlığını bir daha təcrübədən keçirmək deməkdir.”

 

“Fotoların meydana çıxması, dərk edə biləcəyimiz reallığın hüdudlarını əhəmiyyətli dərəcədə genişləndirdi.”

 

Zontaq, fotonun “memento mori” xüsusiyyəti daşıdığını, yəni fotonun, insana ölümlü olduğunu xatırlatması səbəbilə bu qədər dəyərli olduğunu vurğulayır, daha doğrusu dəyər gördüyünü.

 

“Kameraların dünyanı kopyalama prosesi, insanın ortaya qoyduğu mənzərə, baş gicəlləndirici bir sürətlə dəyişməyə üz tutduğu bir dövrdə başlamışdır. Sayı bilinməyəcəyək qədər çox miqdardakı bioloji və ictimai həyat formaları, qısa bir müddətdə məhv olan zaman, yox olub gedən bu bütün bu şeyləri yaddaşa köçürən bir cihazın ortaya çıxmasıdır məsələ.”

 

Ən maraqlısı, Zontaqın fotoqrafiya ilə əlaqəli bir çox fikirlərinin hələ də öz aktuallığını qoruması və yazarın gələcəyə olan baxış tərzidir. Kitabda yer ala son essedə təsvirlərin istifadə forması və insanların ehtiyacı haqqında olan düşüncələr, sanki bu günün instaqramını, rəqəmsal fotoqrafiyasını və smartfonları təsvir edir.

 

Lakin müəllifin bütün esseleri ilə razılaşmaq da mümkün deyil. Misalçün Zontaq fotoqrafiya və rəssamlığı sərt formada bir-birindən ayırır. Lakin praktik olaraq fotoqrafiya ilə kinonu birləşdirir. Bu bölgülərin öz təmas nöqtəsi və aydın fərqləri var. Bu səbəbdən onların üçünü də bir-birindən ayırmaq çətindir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir