Təbiətə Çıxış / Into The Wild

“Into The Wild” hər il keçirilən incəsənət və musiqi festivalıdır. Festival Nabranda – dəniz kənarında və meşə ərazisində keçirilir. Biz bu festival vasitəsilə şəhər və yerli icmalardan yaradıcı insanları bir araya gətirərək təcrübəmizi bölüşmək və bir-birimizdən öyrənmək istəyirik. Festival Bakı və digər bölgələrdən gəncləri cəlb edərək 3 gün ərzində sözün əsl mənasında hamı üçün festival yaradır. Festivalın məqsədi incəsənətlə sosial dəyişikliyi təşviq etmək, plastik və digər tullantıların təkrar istifadəsinə dair məlumatlandırmaq, insanlara keyfiyyətli  elektro və funk musiqi çatdırmaq, yaranmaqda olan artistləri təqdim etmək, ədalətli ticarətə şərait yaratmaq (əl işləri yarmarkası və yerli qida satışı) və gender bərabərliyi prinsiplərini festivalda tətbiq edərək qonaqları bu barədə məlumatlandırmaqdır. Festivalda musiqidən əlavə olaraq, müxtəlif DIY (do it yourself), yoqa və təbiət gəzinti sessiyaları olur. Ortalama hər il 250-300 yerli və xarici qonaq qatılır. Həmçinin, bu il festivalda 3 gün ərzində yarmarka fəaliyyət göstərəcək. İştirakçıların öz məhsullarını nümayiş etmə və satma imkanları olacaq. Bu il festival 13-15 İyul tarixlərində keçirilir. Festivalın tərəfdaşları:

 

SCO (İsveçrə Əməkdaşlıq Təşkilatı), Salaam Cinema, Art Garden Ganja, Keçid, Pillə, VarYox və Equalsdır.

 

Festival və biletləri necə əldə etmək haqqında dah ətraflı məlumatı bu linkdən ala bilərsiniz.

 

Festivalı daha çox hiss etmək üçün keçən ildən olan recap videolara baxa bilərsiniz:

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.