Tanınmış ailənin nümayəndəsi və daha çox yaratdığı heykəllərlə məşhurlaşan Mahmud Rüstəmov, beynəlxalq səviyyədə tanınmış müasir sənətçidir. O, Ə.Əzimzadə adına Dövlət İncəsənət Akademiyasının Heykəltəraşlıq fakültəsi, Azərbaycan Dövlət İncəsənət Universiteti və Ömər Eldarovun rəhbərlik etdiyi yaradıcılıq vorkşoplarının məzunudur. 1990-cı illərdə öz işlərini sərgiləməyə başlamış və 1998-ci ildə Bakıda ilk fərdi sərgisini keçirmişdir. Mahmud Azərbaycanda çoxsaylı sərgilərdə iştirak etmiş, həmçinin kommersiya  məqsədli və ictimaiyyət üçün yaradılmış əsərləri ilə məşhurlaşmışdır. O, 1999-cu ildə İngiltərənin Oksford şəhərində keçirilən “İncəsənət fəaliyyətdə” (“Art in Action”) festivalında təmsil olunan yeganə azərbaycanlı heykəltəraş idi. 2000-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən “İlin heykəltəraşı” adına layiq görülmüşdür. Digər sənətçi ailə üzvləri – atası Aslan və böyük qardaşı Teymur ilə birgə Bakıda ictimaiyyət üçün  əsərlərin, o cümlədən Xocalı faciəsinə həsr olunmuş abidənin (2008), Heydar Əliyevin  heykəlinin (2007) və Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun xatirəsinə həsr olunmuş memorialın yaradılmasında iştirak edib. Mahmudun işləri 2007, 2009 və 2011-ci illərdə Bakıda keçirilən Beynəlxalq Müasir İncəsənət Bienali və 2012-ci ildə Yarat tərəfindən təşkil edilın Bakı İctimai İncəsənət Festivalında nümayiş etdirilmişdir. Festivalda təmsil olunmuş “Alternativ” adlı layihəsində təqdim olunmuş, əlində yel dəyirmanı tutan yad planetlinin bürünc heykəli və  bir hissəsi toyuğu, digəri isə kərgədanı xatırladan canlının heykəli, eləcə də nar, Mahmudun surrealist və yumor sahibi biri olduğunu önə çıxarmışdır. Mahmudun 2013-cü ildə Yay Qalereyasında heykəltəraşlıq işlərinin sərgilənmiş və 2019-cu ildə Bakı Muzey Mərkəzində qarışıq media texnikası ilə yaradılmış işlərinin təmsil olunması da daxil olmaqla bir neçə fərdi sərgisi baş tutmuşdur. Mahmudun yaratdığı İmadəddin Nəsiminin heykəli 2018-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda qoyulmuşdur. Onun əsərləri Almaniya, Fransa, Böyük Britaniya, ABŞ, Türkiyə, İspaniya, Norveç, Hollandiya və Azərbaycanda ictimai və şəxsi kolleksiyalarda təmsil olunur.

 

Mahmudun estetikası tekstura, maddiyat və forma arasındakı əlaqəyə yönəlib. Onun monumental əsərləri ən çox bürünc və ya qranitdən yonulsa da, kiçik həcmli əsərlərində mərmər və taxta kimi materiallardan da istifadə edir.  Bakı Muzey Mərkəzində keçirilən son “Un/Published’” adlı fərdi  sərgisində heykəltəraşlıq, qrafika  və rəsm əsərlərindən ibarət müxtəlif vizual texnika və mövzuları əhatə edən sənət əsərlərini təqdim etmişdir.  Plastikdən hazırlanmış işlərinə görə tanınan bir rəssam olaraq bu sərgidə onun baxış bucağının genişliyi müzakirə obyektidir.  Onun əsəri divar üzərində asılı olan, işlərin səthində mücərrəd oymaların incəliklərinə heykəltəraşlıq keyfiyyəti bəxş edən panellərdən ibarətdir.  Onların naxış və rəng ikonoqrafiyasında retro-futuristik bir həssaslıq var.  Onun Kubist tərzində işlənmiş olan taxta heykəlləri oynaq və kinetik xüsusiyyətlərə malikdir – təbii material olan taxta əsərə insan hərəkətinin axıcılığını əks etdirən istilik bəxş edir. Digər əsərlərində Mahmudun insan formaları üzərindəki fokusu qadın fiqurlarında istifadə olunan hissiyyatlı və intim cizgilərin rəsmlə işlənməsində özünü göstərir. Bürüncdən hazırlanmış kiçik qadın heykəllərindəki təbiət printləri onun müxtəlif mediadan ustalıqla istifadə etmək bacarığından xəbər verir. Onun ən yaxşı işlərindən bəzilərində, özlüyündə sanki Azərbaycanın xalça mədəniyyətinə həsr edilmiş bir memorial olaraq xalça ikonoqrafiyasının dinamizmi və materialın sərtliyi arasında ziddiyyət yaradan ənənəvi xalça naxışlarının oyulduğu panellərdən ibarət səthlər mərmərdən yonulmuşdur. Onun monumental heykəltəraşlığın hüdudlarından kənara çıxan araşdırmaları yaradıcılıqda müxtəlif mediadan istifadə etməklə ustalıq səviyyəsini göstərir və insan emosiyalarının ötürülməsi üçün materiallardan hərtərəfli istifadə bacarığını üzə çıxarır.

Hailing from a well-known artistic family, Mahmud Rustamov is an internationally recognized contemporary artist, most famous for his sculpture. He is a graduate of the Faculty of Sculpture from the Azimzade State Academy of the Arts and the Azerbaijan State University of the Arts and the creative workshops under Omar Eldarov. He started exhibiting his work in the 1990s and had his first solo exhibition in 1998 in Baku. Mahmud has participated in many exhibitions in Azerbaijan and is well-known for his commercial and public artworks. In 1999, he was the sole Azerbaijani sculptor in the ‘Art in Action’ festival in Oxford, UK. In 2000, he was awarded the title ‘Sculptor of the Year’ by the Ministry of Culture and Tourism and the Ministry of Youth and Sport in Azerbaijan. In collaboration with his artist family members Aslan, his father, and Teymur, his elder brother, he has participated in the creation of public artworks in Baku including the deeply moving monument to the Khodjali Tragedy (2008), a public sculpture of  Heydar Aliyev (2007) and a memorial to the Azerbaijani composer Vasif Adigozalov. Mahmud’s artwork was included in the 2007, 2009 and 2011 editions of the International Biennale of Modern Art in Baku and in 2012 he was a part of Yarat’s Baku Public Art Festival. His project for the festival was entitled ‘Alternative’, featuring a sculpture of a bronze figure from outer space holding a windmill and another figure of a creature with parts of a chicken and rhinoceros as well as a pomegranate, both highlighting Mahmud’s surrealist and often humorous conceptual vision. Mahmud has had various solo shows of his work including sculptural works at Yay Gallery in 2013 and a mixed media exhibition the Museum Centre in 2019, both in Baku. In 2018, Mahmud’s sculpture of the bust of Imadeddin Nasimi was installed at the Moscow State International Relations Institute in Russia. His work is in public and private collections in Germany, France, the UK, the USA, Turkey, Spain, Norway, Holland and Azerbaijan.

 

Mahmud’s aesthetic focuses on the relationship between texture, materiality and form. While his monumental works are most often rendered in bronze or granite, his smaller sculptures also include the softness of marble and wood. In his latest solo exhibition ‘Un/Published’ at the Museum Center in Baku, Mahmud presented a wide range of work including sculpture, graphics and painting, all exploring different visual techniques and themes. As an artist who is famous for his plastic artworks, the exhibition is a survey of the expansiveness of his creative vision. His body of work includes panels hung on the wall which give a sculptural quality to the intricacy of the abstract carving on the surface of the works. They have a retro-futuristic sensibility in the iconography of the patterns and the colors used in the works. His wooden sculptures of Cubist-style figures have a playful and kinetic quality; the organic medium of the wood gives a warmth to the works that reflect the fluidity of human movement. In other artworks, Mahmud’s focus on the human form is rendered in sensuous and intimate line drawings of the female figure. Smaller bronze sculptures of stylized women punctuate botanical prints, juxtaposing his mastery of different media. Some of his most beautiful works are rendered in marble, with the surface of the panels carved with traditional carpet patterns, contrasting the hardness of the material and the dynamism of Azerbaijani carpet iconography, itself a memorial to this revered cultural expression. His explorations beyond monumental sculpture show his creative mastery across media, and reveal his complex understanding of using material to convey the breadth human emotion.

Mahmud Rüstəmov

Müəllif

Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər regionunun müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.

Lesley Gray is a Dubai-based curator and researcher focusing on contemporary art in the GCC and Caspian Sea regions. She is also a freelance writer covering Central and West Asia for the art journal ArtAsiaPacific. She loves the Baku art scene and visits often.