Elvin Nəbizadə

Bakıda yaşayan azərbaycanlı heykəltəraş və instalyasiya sənətkarı Elvin Nəbizadə Gürcüstanda doğulub, 90-cı illərdə ailəsi ilə birgə Bakıya köçüb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında heykəltəraşlıq üzrə təhsil alan Elvin öz əsərlərində Azərbaycan mədəniyyəti elementləri ilə təcrübə aparmağa başlayıb. O, Azərbaycanın irsindən və kimliyindən ilhamlanıb; öz əsərlərində Elvin bu keyfiyyətlərin cəmiyyətin bir hissəsi olaraq fərdlərdə necə əks olunduğunu araşdırır. Sənətkarın son sərgilərində Azərbaycanın yaşlı nəsli tərəfindən sevilən, lakin müasir cəmiyyət tərəfindən laqeyd qəbul olunan əldəqayırma saz musiqi alətinin versiyaları təqdim edilmişdi. Yeri gəlmişkən, Elvin öz yaradıcılığı vasitəsi ilə bu fenomenə təsir etmək və onu dəyişmək ümidindədir. O, “Comfortably Numb” (2016 ARTIM, Bakı), “From Waste to Art” (2016 və 2015, Qala, Azərbaycan), Origin (2014, “KiçikQalArt”, Bakı, Azərbaycan), “Semeni International Art Contest” (2014, Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan), “Zavod exhibition” (2013, Bakı Kondisioner Fabriki, Bakı, Azərbaycan) və “Invasion” (2014, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Bakı, Azərbaycan) kimi bir sıra sərgi və layihələrdə iştirak edib. Elvin 2018-ci ildə 59 asqılı alətdən ibarət instalyasiya ilə Mayamidəki “ArtBasel”də iştirak edir, 2019-un fevral ayında Meksikanın paytaxtı Mexikoda keçiriləcək “Zonamaco” müasir incəsənət sərgisində də eyni instalyasiya ilə iştrak edəcək. Eyni əsərə Bakı Media Mərkəzində rast gəlmək olar.

 

Elvinin yaradıcılığı, dünyanın ən nüfuzlu incəsənət sərgilərindən biri olan İtaliyanın Venesiya şəhərində keçirilən 57-ci Beynəlxalq İncəsənət Bienalına Azərbaycan Pavilyonu üçün əsər yaratmaq sifarişi aldıqdan sonra, beynəlxalq səviyyədə tanınmağa başlayır. “Under One Sun“ (həm də Pavilyonun sərgisinin adı idi) və “SPHERE“ əsərlərində Azərbaycan musiqi mədəniyyətini əks etdirmək üçün ölkəmizin musiqi alətlərindən istifadə olunub. “Under One Sun“ (Bir Günəş Altında) adlı əsas instalyasiya tağ formasında 50 sazdan ibarət idi və günəşin səmada hərəkətini ifadə edirdi. Qafqaz boyu səyahət edib mahnı oxuyan, rəqs edən, şeir və hekayələr danışan, aşıq adlanan səyyah sənətkarlar tərəfindən istifadə edilən bu alət, Azərbaycanın qeyri-maddi mədəniyyətində xüsusi yerə malikdir. UNESCO tərəfindən qəbul edilən aşıq sənəti dərin şəkildə Azərbaycan dili və onun özünəməxsusluğu ilə bağlıdır. Elvinin digər asılı instalyasiyası 79 alətdən hazırlanıb. “SPHERE“ adlanan bu əsər Azərbaycanın müxtəlif mədəni qruplarını, o cümlədən səslənməsi və istifadə asanlığını artırmaq məqsədilə sahiblərinin izlərini və modifikasiyalarını daşıyan qədim alətləri ifadə edir. Bu alətlərin istifadəsi milli hekayələrin fərdi hadisələri və onların bir araya gələrək bəzən gözəl, mürəkkəb və çoxşaxəli məna daşımasını təsvir edir. Venesiyadan sonra Elvinin yaradıcılığı Bakıdakı “Nar Qalereyası“nda sərgilənən “Carbon“ adlı instalyasiyası ilə davam edir. Bu əsərdə sanki odun külü kimi havada gəzən boş dairə yaratmaq məqsədi ilə kömür parçaları tavandan asılıb. Elvin Nəbizadənin eleqant və təsirli kompozisiyaya malik instalyasiya obyektləri düşündürücü formada təqdim etməklə, onları və danışdığı hekayələrin bir-biri ilə münasibətlərinin gözəlliyini vurğulayır.

Elvin Nəbizadə

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir