Tərbiyəsiz nağılların birində

 Tərbiyəsiz nağılların birində

Tərbiyəsiz nağılların birində fahişə öz müştərisinə vurulur. Sözün əsl mənasında oğlana aşiq olur, pis çıxmasın. Hərgah bu nağılda nəyin pis çıxdığını demək çətindir – fahişənin obraz olaraq nəql olunan hadisədə iştirakı, yaxud pula bədənini satan birisinin sevə bilməsi? Cinsiyyət orqanının, təmiz və saf hisslərə məskən olan ürəylə nə qədər əlaqəsi ola biləcəyini hər kəs özünə görə müəyyən edir. Ümumiyyətlə nədən artım orqanları çirkin, eybəcər obraz kimi təsvir olunmalı, ürək isə əksinə – tərtəmiz və günahsız görünməlidir? Elə adamlar var ki, fikrimcə, onların ürəyləri, bədənini pula satan birisinin cinsiyyət orqanının yanında əsl nəcis torbasıdır. Dərinə getmədən bir şeyi dəqiq bilək – hətta qan dövranı ilə təmin etdiyi bədəndə, dünyanın ən pozğun cinsi orqanı olsa belə, ürək sevə bilir. Ürək yetərincə müstəqil və avtonom orqandır…

 

Qadın heç bir kişi ilə belə anlar yaşamamışdı. Hətta 18 yaşında sevdiyi oğlanın köməkliyi ilə bakirəliyindən məhrum olanda belə bu cür hisslər keçirməmişdi. Bu, dəlisov və vəhşi dəqiqələr bədəninin hər millimetrini oyatmışdı. Və indi siqaret yandıran müştəri qadını ehmalca kənara itələyib smartfonu əlinə alır, nəsə axtarırmış kimi qurdalanmağa başlayır. Qadının barmaqları isə müştərinin azca tük örtüyü olan sinəsi üzərində ehtiyatla hərəkət edir. Müştəri deyir:

 

-Vaxtdır?

 

Qadın onun siqaretini götürüb içinə dartır. Sonra siqareti qaytarır. Cavab vermək əvəzinə diqqətlə oğlanın gözlərinə baxır. Dərin və qaranlıq quyuya ip sallamış adam kimi o da, lap dərinə istəyir. Bu gözlərin içinə düşüb boğulmaq hissi qadın bədənini bürüdükcə, o anlayır ki, odla oynayır.  Amma fövqəl-təbii duyğuların ağuşunda o özünü oyuncaq kimi deyil, qadın kimi tanıyır.

 

Verdiyi suala cavab almayan oğlan smartfonu kənara qoyub növbəti sualı verir:

 

-Mənə maraqlıdır niyə…?

 

Orta statistik müştərinin verdiyi iki ən məşhur sualdan birini eşidib, qadın gülümsünür:

 

-Hər şeyin izahı olmur.

Oğlan siqareti çarpayının yanında olan dolabın üzərindəki külqabıya qoyur:

 

-Olur. Əgər istəsən…əgər axtarsan.

 

Bu sözləri deyərkən müştərinin üzündə olan cizgilərin hərəkət trayektoriyası da qadını dəli edir. Cin atına minib, bədən çöllünyündə dördnal çapan ehtiras atlısı, sanki qadın bədəninə toxunan kişilərin əl izlərini təmizləyir və onu yeni sahibinə təslim olmaq üçün hazırlayır. Qadın yüngülcə dodağının kənarını dişləyib deyir:

 

-Əvvəllər axtarırdım…sonra özüm itdim. Çünki anladım….hər axtarana  istədiyini tapmaq qismət olmur.

-Axtarış bir proses kimi, axtardığın obyekti tapmaqdan daha vacibdir.

-Aha, hələ mənə de ki, yemək vacib deyil, vacib olan nəfəs almaqdır, sonra maaş əsas deyil, amma işləmək vacibdir, hədiyyə vacib deyil, lakin şaxta babanın gəlməyi vacibdir.

-Bəh-bəh, sənin içində dünya yığılıb ki…

-Bunu mənimlə qürür duyasan deyə demirəm. Özün fikirləş, axı insanlar öz əsas niyyətlərini adətən qara örtük altında gizlədirlər. O örtüyü salanda olursan ayrı adam, o örtük üstündə olanda ayrı adam. Bax indi sən, örtüksüzsən, çılpaqsan.

 

Son sözlərdən sonra qadın gülümsünür. Gənc müştəri soruşur:

 

-Nə bilirsən örtüksüzəm?

-Örtüksüzsən. Özünsən. Rol oynamırsan, yəni gündəlik oynadığın rolları deyirəm. Bayaqdan bəri heç bir maskaya ehtiyac duymamısan. Düzdü belə xoşbəxtlik adətən bir-iki saat sürür, amma sən bu saatlara görə pul verməyə hazırsan.

 

Qadın dolabın üstündəki siqaret qutusundan bir siqaret çıxarır, yandırır. Oğlan əllərini çarpaz edib başının altına qoyur.

 

-Neçə yaşın var?

 

Hər bir orta statistik müştərinin soruşduğu ikinci ən məşhur sualdan sonra adətən, yəni proses ssenarisinə uyğun olaraq, qadın öz müştərisini ekstaz yuxusudan ayıltmalı, parasını alıb, vidalaşmanı tezləşdirməlidir. Belə mənasız suallar kişi beynində peyda olursa, deməli bikar qalan əsgər kimi, o da yeni məşğuliyyət axtarışına çıxıb, çıxır, yaxud da çıxacaq..

 

Qadın isə onu buraxmaq istəmirdi – müştəri ən axmaq sualı versəydi belə, bu  yatağın ən arzuolunan qonağı o idi.

 

Rahat və xudmani interyerə malik və kiçik otel otaqlarını xatırladan otağın qapısı ehmalca döyüldü. Qadın əvvəlcə dikəldi, sonra yataqdan qalxdı. Firuzəyi rəngli xalata büründü. Üzünü corablarını geyinən müştəriyə çevirir:

 

-Yoxundu qoy qalıb.

 

Oğlan bir corabı ayağına keçirib başını qaldırır:

 

-Qonaqlıqdı, ya komunizm dövrüdür?

-Nə qonaqlıqda, nə də komunizmdə belə şeylər olmur, cənab səfeh-oğlan. Ailəlisən deyəsən.

 

Oğlan şalvarını əyninə keçirib, qabaq düyməsini bağladı və bir az ciddi tonda cavab verdi:

 

-Onun sənə dəxli yoxdur.

 

Yüz avronu yatağın üstünə atıb oğlan otaqdan çıxdı. Qadın bir başa vanna otağına getdi. Suyu açdı, duru sabundan vannaya tökdü. Su şırnağı suyu köpükləndirir, ətrafa təravətli qoxu yayılırdı. Su saxlayan ağ materiya lazımı səviyyəyə qədər dolduqdan sonra qadın suyu kəsdi. Xalatı yerə atdı və suya girdi. Uzandı və möhkəmdən ağlamağa başladı.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir