Yaşayan tablo
Hər şeyə ümid etmək lazımdır, çünki heç nə ümidsiz deyil. (Lin, qədim yunan filosofu)
Rəssam həmişəki kimi öz emalatxanasında idi, yüzlərlə tablonun arasında. Və qarşısındakı boş bir kağıza yaşamaq istədiyi həyatın bir hissəsini köçürəcəkdi. Rəsmi o qədər həvəslə, həyəcanla çəkirdi ki, vaxtın necə keçdiyini də bilmədi. Birdə gördü ki, çəkdiyi rəsmdə sadəcə incə toxunuşlar qalıb. Ömürboyu yalnız yaşayan bu rəssam öz təkliyini çəkdiyi rəsimlərdə unudurdu. Emalatxanadakı tablolarda isə heç bir tənha adamın şəklini görmək olmazdı, onun çəkdiyi rəsmlərdə xoşbəxt sevgililəri, ömürboyu birgə yaşayan, bir-birlərinə sadiq yaşlı cütlükləri, oynayan uşaqları, yeni qurulmuş ailələri görmək olardı.
Sonuncu çəkdiyi rəsimdə isə o özünü də əlavə etmişdi. Amma tək yox, heçvaxt olmayan ailəsi, qadını və övladları da o rəsmin içində idi. Rəsmdə üç uşaq var idi – bir qız, iki oğlan. Onlar süfrə başında əyləşmişdilər. Qızın saçları qıvrım, gülüşü və baxışları isə eyni rəssamın özünə bənzəyirdi.
Həyat yoldaşı süfrəyə yemək gətirirdi. Qonur gözlü, ağ bənizli və gözəl gülümsəməsi olan bir qadın idi, oğlanların ikisi də ananın gətirdiyi yeməyə iştahla baxırdılar. Rəssam isə otaqdaki pəncərənin kənarında, gözlərində bilinməyən qəmgin və bir o qədər də sevinc dolmuş gözləri ilə onları izləyirdi.
Tabloya baxdıqdan sonra yenidən yalnızlığını xatırladı. Onu tək buraxmayan əzablı tənhalığını daha çox hiss etdi. Dərindən köks ötürərək ağlamağa başladı. Çox uzun müddətdən sonra qoca rəssam ilk dəfə ki, bu qədər ağlayırdı. Axıtdığı göz yaşı qırışmış yanağlarından süzülürdü.
Göz yaşlarını silib yenidən tabloya baxarkən, tablodakı qadın danışmağa başladı.
-Əzizim ağlama, biz sənə ailən olaraq söz veririk ki, bir gün öz sərhədimizdən çıxıb canlanacayıq. Ancaq bir şərtlə ki, sən hər gün bu tablonu silməli, yeməyini yeyəndə bizi də süfrə başına qoymalı, hər gecə yatmamışdan qabaq isə “gecəniz xeyrə” deməlisən.
Rəssam heyrətlənmişdi, gördüyü səhnə qarşısında mat qalmışdı – yuxu idi gördüyü?
Öz-özünə dedi:
-Yox mən deyəsən dəli olmuşam.
Yenidən tabloya baxdı – qadın onu mərhəmətlə izləyirdi.
Qadın dedi:
-Yox sən dəli olmamısan.
Rəssam həyəcandan titrək bir səslə dedi:
– Bəs nə vaxt? Axı bu necə ola bilər?
Qadın ona gülümsədi:
– Tezlikə – dedi və yenidən əvvəlki rəsm oldu.
Qoca çaş-baş qalmşdı, bunu kiməsə desə, ona dəli deyəcəklərindən qorxub, heç kimə başına gələni hadisəni demədi.
O, hər gün çəkdiyi rəsmin tozunu alır, yemək yeyərkən tablonu süfrəyə qoyurdu, yatağına girməmişdən qabaq isə onlarla sağollaşırdı. Hər gün bunu etdikcə yalnızlığa da yadırğamağa başlayırdı. Rəsmə o qədər çox öyrəşmişdir ki, hətta artıq süfrəni beş nəfərlik qururdu. Yenə həmin qadının danışmasını gözləyirdi… Amma onlar hələ də canlanmırdılar…
Rəssam mətbəxdən əlində su dolu qab ilə çıxaraq pəncərənin qarşısındakı gülə su verdi və bir an, olduğu otaqdan uşaq səsləri eşitdi. Rəssam donub qalmışdı, pəncərdən çölə boylandı, amma çöldə bir nəfər uşaq yox idi. Əlindəki qabı pəncərin qarşısına qoydu, deyəsən çoxdandır xəyalında qurduğu an gəlib çatmışdı. O, çox böyük bir həyəcanla süfrəyə tərəf çevrildi, gördüyü mənzərə gözlərini doldu. Əkizlər iştahla yeməyə baxır; balaca qız “ata sən də gəl” deyirdi. Həyat yoldaşı isə ”əzizim nəyə görə elə baxırsan, bəlkə gəlib əylşəsən?” dedi. Rəssam isə çəkdiyi tablodakı kimi donub qalmışdı. Fərqinə belə varmadı ki, o artıq həmin tablonun içindədir.
Ona yemək gətirən qonşuları, daimi müştərisi olduğu rəssam mağazasında işləyən gənc oğlan və solmaqda olan dibçəkdəki gül, bir də heç vaxt rəssamı görmədilər. İnsanlara isə rəssamın qeyb olmağı ilə bərabər, yalnız yaşayan bir kisinin evinə qonaq gələn, o dörd nəfər də maraqlı idi.
Dillərdə dolaşan sualları fikirləşdikcə, daha da çoxalırdı.
Tablodakılar kimlər idi? Rəssam kimlər üçün belə süfrə hazırlamışdı? Ona nə oldu?…
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.