Kannın “Xüsusi baxış” proqramı çərçivəsində Kantemir Balaqovun “Dılda” (Uzunduraz) filmi təqdim olunub. Bu 27 yaşlı rejissorun ikinci filmidir. Film sübut edir: Əvvəllər Aleksandr Sokurov məktəbi ilə əlaqələndirilən “Tesnota” (Darlıq) filminin müəllifi öz yerini həm Kot D’Azurda, həm Avropa film səhnəsində, həm də rus mədəniyyətində tapıb.
Müharibədən sonrakı ilk payızda bir yerdə cəbhədə olmuş rəfiqələr İya və Maşa Leninqradda görüşürlər. Dılda (uzunduraz) ləqəbli tibb bacısı İya – hündür, nataraz, demək olar başı qaçmış görünüşlü, eyni zamanda həm Dostoyevskinin Krotkayasına (maraqlıdır ki, eyni adlı filmdə onu İya Savvina oynayır), həm Vampilovun “Keçən yay Çulimskdə” pyesindən Valentinaya, həm də Vermeyerin rəsmindəki qıza bənzər – müharibə zamanı şəhərin uğrunda getmiş döyüşlər zamanı kontuziya alıb. Bəzən O donub qalır, ifadəli gözləri şüşələşir. Berlindən indicə qayıtmış balaca, amma iradəli Maşa, – tamamilə başqa cürdür: əvvəl elə görünür ki, O yaşamağı bacarır. İyanın yanında Paşka var – üç və ya dörd yaşlı oğlan, hansı ki, him – cim oyunu vaxtı iti necə təsvir edəcəyini bilmir. Çünki şəhərdə – Kseniya Kutyopovanın oynadığı ev sahibəsinin sürrealistik ov itindən başqa, demək olar ki, it qalmayıb. O cümlədən uşaq da.
Bu filmdə insanı karıxdıran ilk şey onun müharibə və müharibədən sonrakı dövr dramaturgiyasını necə fərqli üslubda qurmasıdır. Dıldanın cismani dünyası nə bizim kütləvi kinonun deşilənə qədər geyinilən paltarlarını, nə də əsl ustadların – Sokurovun, Germanın muzey kolleksiyalarını xatırlatmır. Amma daha önəmlisi odur ki, hətta təhlükələr belə filmdə biz öyrəşdiyimiz istiqamətlərdən gəlmir. “Dılda”nın ilk dəqiqələri xaricdən qaynaqlanan şiddətin dəhşəti ilə hopdurulub. Onun kabusu hətta əsgərlərin indicə iti necə təsvir etmək lazım olduğunu öyrətdiyi uşaqla qadının him-cim oyununda belə hiss olunur. Amma sonra məlum olur ki, qəhramanlar özləri öz talelərini yazacaqlar. Adəti üzrə gözlədiyimiz cəlladlar bu dəfə gəlməyəcəklər. Kantemir Balaqov və onun həmmüəllifi Aleksandr Terexov stereotiplərdən azaddırlar, və izləyicini də hər kadrda onun zəncirlərindən azad edirlər. Bu azadlıq onlara susma yolu ilə nəsib olmur: filmdə tamamilə sakit və gündəlik şəkildə həm NKVD, həm də “öndərin” adı hallanır. “Dılda”nın film tarixi və ənənələrindən olan azadlığı başqa şəkildə təzahür edir. Müəlliflər tamamilə ətraflı şəkildə sənədləşmiş (amma yenə də gözlənilməzliklərlə dolu) keçmişdə əvvəllər heç kimin diqqət yetirmədiyi qəhrəmanlar tapırlar. Onlar da hamı ilə birgə eyni əziyyəti çəkiblər, amma yenə də başqa cür. Ümumiyyətlə, “başqa cür” – ilk filminə verilmiş bütün rəylərdə “şagirdlik” xarakteristikası səsləndirilən rejissorun ikinci filmini müzakirə etmək üçün çox uyğun sözdür.
Dıldanın ikinci şərtsiz uğuru – işıq və rəng üzərində olan heyrətamiz işdir. İlk növbədə – yaşıl və qırmızı ilə. Filmdə müharibədən sonrakı dövr yod və “zelyonka” rəngli yaralanmış məkan, ya da üzərində pas və otluğun mübarizə apardığı torpaqdan ibarətdir. Filmdə yaşıl – eyni zamanda həm inadkar həyatın, həm ruhi xəstəliyin rəngidir, sona yaxın isə o kadrları elə bədxahlıqla zəbt edir ki, tamaşaçıya hadisələrin mümkün olan ən pis məcrada gedəcəyini gözləməkdən başqa heç nə qalmır. Müharibə haqqında çəkilmiş kann filmi haqqında mətndə belə paralel aparmaq qəribə ola bilər, amma məlum olduğu kimi Freddi Kruqer qırmızı – yaşıl sviter geyinirdi, çünki bu ən yüksək təzadlı, izləyicinin gözlərini narahat edən rəng qarışığıdır. “Dılda” – qəhrəmanlardan biri ağappaq rəngli ərafa baş çəkənə qədər – tamamilə bu rənglərlə yazılıb. Şəhər məkanı – filmin müharibə dövrünə olan yanaşmalardan daha bir fərqi burada üzə çıxır – burada daha təmiz və sağlam görünür, nəinki şəxsi, məişət məkanı. Çünki qarşımızda əsl insanların prinsipial şəkildə özlərini deyil, başqalarını xilas etdiyi ölkə və şəhər canlanır. Və əlbəttə ki, bu filmdə xeyli rəssamlıq var. İya bəzən Vermeyerin eyniadlı rəsmindəki inci sırğalı qızı xatırladır. Həmin qızın kim olduğu və incidən sırğa taxıb – taxmadığı, hələ də mübahisə mövzusu olan sualdır. İya da bizim əvvəllər rastlaşmadığımız bir görüntüdür. Buna görə də filmi “orada belə qadınlar yox idi” xətti ilə tənqid etmək belə çətindir – axı biz əvvəllər heç belə obrazlarla rastlaşmamışıq belə. Konflikti həyatın süni yaradılışı və sonu ətrafında dolanan film, özü möcüzə həyata keçirir: “Dılda”nın sayəsində yeni qəhrəman dünyaya gəlir.
Və tarixi kinoda aktuallıqlara diqqət etməyə öyrəşən izləyici bu qəhraman üzərində xeyli tətbiq tapacaq. Görəcək ki, “Dılda”nın dünyası mübaliğəli şəkildə qadın dünyasıdır: Dörd qəhramanın yer aldığı iki səhnədə istedadlı Kseniya Seredanın kamerası kişiləri kadrdan kənarlaşdırır. Qəhramanlardan biri Viktoriya Miroşniçenkonun sükutunda bu vaxta qədər həm rus, həm də dünya mədəniyyətinin nəzərdən qaçırdığı insanın taleyini görəcəklər: ümidvaram yanılmıram, amma məhz İyaya heç Svetlana Aleksiyeviçin portretlərlə zəngin sənədli prozasında da rast gəlməzsən. Qəhramanlar Vasilisa Perelıqina və Kseniya Kutyopova arasında olan söhbətdə isə kritiklər və izləyicilər bizim hələ də həll edə bilmədiyimiz nəsillər arası həmin konflikti duyacaqlar. Maşa dünyaya yeni həyat gətirmək istəyir, ki uşaq onu sağaltsın. Leninqradın sahibəsi və onun gül balası oğlu xəstəxanaya gəlib hələ veteran olduqlarını dərk etməmiş cavan veteranlar çox sağol demək üçün baş çəkirlər. Gəl indi baş çıxart: nəsillərdən hansı qurban verilib, və kimə, kim-kimə görə yaşayıb və yaşayır, kim-kimə nə borcludur.
Filmin artıq xəbərlərin mövzusuna çevrilmiş LGBT premiyası “Kuir – palma”ya nominasiyası skeptiklərə sadəcə festival yarışında mütləq dayanılmalı olan pit – stoplardan biri kimi görünür. Amma əslində İya və Maşanın sevgi xətti – haqqında nəinki statistikanın, hətta ən humanist sənətçilərin belə unutduğu insanların müharibədəki taleyi haqqında xatırlatmadır. Bu xətt həm də boşalmış dünyada öz insanını tapmamaq qorxusuna metaforadır. İyirmi – otuz yaşlı nəslin deyəsən bu filmə nüfuz etmiş daha bir fobiyası səthi olmaq qorxusudur. Hisslərdə, biliklərdə, baxışlarda, hərəkətlərdə. Çox danışmayan İya hər şeydən çox eyni üç sözü təkrarlayır: “Daxildə mən boşam”. Ehtimal etmək asandır ki, belə tez eyni zamanda həm kann sofistlərinin işıqlarının altında, həm də təcrübəli müəllimin kölgəsində qalan rejissor da eyni qorxudan əzab çəkir. Balaqovun həmyaşıd izləyicisi də eyni şeyi hiss edir. Buna görə rejissor, bu festivalın nəticələrindən asılı olmayaraq artıq öz nəslinin qəhramanın. Onun iki aktrisası – az qala debütant olan Perelıqina və irkut möcüzəsi Miroşniçenko, – film əsas müsabiqəyə düşsəydi, yəqin ki, ən yaxşı qadın obrazı üçün mübarizə aparanlar arasında əsas namizədlərdən olardılar.
Və nəhayət, bizimkindən xeyli uzağa getmiş xalq cəbhəsi xətti olan əcnəbi jurnalistlər yəqin ki, (ehtiyatlı olun abzasın sonuna qədər abstrakt şəkildə olsa da, spoilerlər var) filmdə həm evtanaziyanın və surroqat analığın əxlaqı kimi problemlərə diqqət yetirəcəklər, həm də eynicinsli cütlüklərin yaşadığı qorxunun təsvirinə…
“Dılda” 135 dəqiqə davam edir, amma burada saata baxmaq insanın heç ağlından da keçmir. İnsan filmin içində əriyir, onun qəhramanları üçün keçirdiyi ağrını isə keyləşənə qədər hiss edirsən. Və istənilən halda bu keyləşmənin baş verdiyi, ekrandakı zamanın isə qatılaşdığı məqam gəlib çatanda, hər bir səhnədən son nöqtəni gözləməyə başlayırsan – “Darlıq” (Balaqovun öncəki filmi) filmindəki kimi, hansı ki, bir kaskad final ilə sonlanır. Və bu mümkün finallardan biri insanı qorxudur, çünki son iki saat ərzində ilk dəfə anlayırsan ki, qarşımızdakı bir insanın həyatından olan birbaşa misal deyil, süni şəkildə quraşdırılmış süjetdir. Yəqin ki, bu hissin eynisini azərkeşlər bahalı fiquristin səhvsiz çıxışı sona yaxınlaşdıqca hiss edirler, çünki qarşıda ən qəliz sıçrama qalır. Bax belə, bu sonluq, hansı ki filmi məhv edə bilərdi, yalançı çıxır. Ondan bir sonra isə əsl razvyazka gəlir – dürüst və ruhlandırıcı.
İnsanın başında isə filmdən sonra həddən artıq çox partlamamış mərmilər qalır. Yaşıl rəng, hansında ki bir müddət nə sülh görmək istəmirsən, nə də həyat. Oyun vaxtı qaranquşu təsvir edən birəlli əsgər – “Paradoks”dakı əlil Kovalenko kimi, hansında ki, ilk dəfə səslənmişdi ki, “insan – quş uçmaq üçün yaradıldığı kimi, xoşbəxtlik üçün yaradılıb”. Leninqrad tramvayının çirkli şüşəsi arxasında, Madonna və körpə kimi donmuş halda dayanan İya və Paşka. Və zümrüdü don, və Maşa onu qan yaqutları ilə rəngləyənə qədər rəqs edəcək.