6-cı onlayn Britaniya Film Festivalı başlayır!
Britaniya Konsulluğu və Böyük Britaniyanın Bakıdakı Səfirliyi altıncı onlayn Britaniya Film Festivalına başlayıblar. Britaniya Konsulluğu Böyük Britaniyanın Bakıdakı Səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı ilə hər il keçirilən Böyük Britaniya Film Festivalının altıncı buraxılışını elan edir.
Bu il festival 2021-ci il 22 yanvar və 22 fevral tarixləri arasında onlayn formatda, “CoolConnections” incəsənət birliyi tərəfindən yaradılmış onlayn platformada keçiriləcək. Ən həyəcanlı, düşündürücü və tənqidçilər tərəfindən bəyənilmiş yeni filmləri Birləşmiş Krallıqdan Azərbaycana gəlir. Festivalın builki buraxılışı bütün cəmiyyətlərdə tam və bərabərhüquqlu üzv kimi hər kəsin təkmilləşə biləcəyi bir dünyanı təbliğ edərək əsas diqqəti əsrarəngiz qadınların lentə köçürülmüş qeyri-adi hekayələrinə çəkir.
Böyük Britaniya Film Festivalı filmlər vasitəsilə bərabərlik, müxtəliflik və inklüzivlik kimi başlıca dəyərlərimizə sadiqliyimizin təməl daşıdır. Bütün filmlər azərbaycan dilində alt yazı ilə ingilis dilində nümayiş etdiriləcək. Festivalın treylerini buradan izləyə bilərsiniz
Filmlərə http://bit.ly/britishfilmfestival linkindən və www.britishfilmfest.az saytına keçid edib baxa bilərsiniz.
Böyük Britaniya Film Festivalına onlayn qeydiyyat 22 yanvar 2021-ci il tarixindən mümkün olacaq. Hər bir film izlənilməyə başlandığı andan 48 saat ərzində tamamlanması şərtilə 22 fevral 2021-ci il tarixinədək istənilən vaxtda nümayişə açıq olacaq.
Bu il 16 fərqli ilhamverici film: “Yırtıcı” (Ən yaxşı Böyük Britaniya Filmi kateqoriyasında BAFTA mükafatı namizədi), “Səma üçün” (Ən yaxşı sənədli film kateqoriyasında BAFTA mükafatı sahibi), “Kişilərlə üzmək”, “Sıxışdırılmış”, “Makiyaj”, “Rey və Liza”, “Mükəmməl onluq”, “Çəhrayı divar”, bundan əlavə, BAFTA ən yaxşı qısametrajlı film kateqoriyasında namizəd kimi mükafata layiq görülmüş yeddi qısametrajlı film nümayiş etdiriləcək. İlin diqqətəlayiq və nümunəvi, eləcə də mükafata layiq görülmüş “Səma üçün” filmində qadın obrazının gözlərindən müharibə dəhşətlərinə edilən səyahətdən bəhs edilir.
Britaniya Konsulluğu 22 yanvar- 22 fevral tarixləri arasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə rəsmi “Facebook” və “YouTube” platformalarında Azərbaycanlı film mütəxəssisləri və sevərləri üçün incəsənət sahəsində bir sıra canlı fikir mülahizələrinə rəhbərlik edəcək. Mülahizələrdə Azərbaycandan bir sıra aparıcı xanım rejissorlar, prodüserlər və mütəxəssislər iştirak edəcək.
Bununla yanaşı, Cəmilə Abdulova tərəfindən təsis edilmiş Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi ilə uzunmüddətli əməkdaşlığın bir hissəsi kimi Azərbaycan filmi “Nərgiz” işarə dilində ingilis və azərbaycan dillərində altyazı ilə nümayiş etdiriləcək.
Britaniya Konsulluğunun ölkə üzrə direktoru Samr Hsia: Mən çox şadam ki, builki Böyük Britaniya Film Festivalını onlayn formatda həyata keçirəcəyik. Bu yalnız insanların bütün bu mükəmməl filmləri öz evlərindən rahat və təhlükəsiz şəkildə izləməsinə deyil, həm də ölkə miqyasında festivalın daha əlçatan olmasına, daha böyük auditoriyaya xidmət etməsinə şərait yaradacaq. Biz eyni zamanda, builki festivalın qadınlara həsr olunmasından qürur duyuruq və onların cəmiyyətdəki rolunun əhəmiyyətini dərk edir, yüksək qiymətləndiririk.