AÇIQ ÇAĞIRIŞ – “Fly to Baku” İncəsənət həftəsonu x VarYox

 AÇIQ ÇAĞIRIŞ – “Fly to Baku” İncəsənət həftəsonu x VarYox

Təsvir
Bakı fəvvarələr şəhəridir. Su ilə mərkəzləşən ictimai məkanlar zamanla insanların və icmaların hekayələrini qoruyub saxlayırlar. Su Bakının hərəkəti, dəyişməsi və inkişafı üçün metaforadır; şəhərin və onun sakinlərinin dinamik salnaməsi və axınının ifadəsidir. Rəssamlar əsərlərini təqdim edərək 31 oktyabr – 2 noyabr tarixlərində baş tutacaq “Fly to Baku ( Bakıya Uçuş). İncəsənət Həftəsonu. Gələcəyi İndi Duy” layihəsinə və 2025-ci ilin noyabr ayının sonunadək davam edəcək sərgidə iştirak etməyə dəvət olunurlar.

İncəsənət layihəsi üçün şərtlər

Rəssamlara aşağıdakı siyahıdan bir (1) fəvvarəni seçərək onu işlərinin mərkəzi kimi istifadə etmək təklif olunur. Seçilmiş məkanın şəxsi və ya ictimai baxış bucağından konkret hekayəsi izah edilməli və əsər həm ictimai, həm də sərgi mühitində təqdim edilməlidir.

Fəvvarələr:

  1.     Kürə Formalı Fəvvarə
  2.     Fəvvarələr Meydanı Əsas Fəvvarə
  3.     Filarmoniya Bağı Fəvvarəsi
  4.     Qu Quşları Fəvvarəsi
  5.     Bəhram Gur Fəvvarəsi
  6.     Ağ Zanbaqlar Fəvvarəsi
  7.     Zodiak Fəvvarəsi

İncəsənət əsərlərinin konsepsiyaları ictimai məkanlardakı fəvvarələrdə suyun istifadəsinin şəhərin və onun icmalarının kimliyini necə formalaşdırdığını araşdırmalı, həmçinin aşağıdakı mövzuları da əhatə etməlidir:

  •       Şəhərin dəyişən urbanik landşaftı
  •       İctimai məkanın zamanla rolu
  •       Ekoloji davamlılıq və yaşıl məkanlar
  •       Müxtəlif nəsillər və cinslər arasında ictimai məkan təcrübələrinin fərqliliyi

Rəssamlar bu məkanların Bakı üçün yeni perspektivlərə, innovativ baxışlara və yaradıcı gələcək imkanlarına təsirini araşdırmağa dəvət olunurlar. İncəsənət əsərlərinin monumentaldan fərdiyə qədər bütün miqyaslardakı mövzuları əhatə etməsi gözlənilir.

 

İncəsənət əsərinin tələbləri

Əsər təklifi iki (2) hissədən ibarət olmalıdır:

  1.     Müvəqqəti installasiya və ya performans – incəsənət əsəri ictimai aktivləşdirməni özündə birləşdirən müvəqqəti installasiya və ya performansı əhatə etməlidir. Bu interaktiv komponent insanları əsərlə qarşılıqlı əlaqəyə dəvət edən performans xarakterli ola bilər. Həmçinin incəsənət əsərinin bir hissəsi kimi iştirakçılardan hekayələr və ideyalar toplayan sənədli xarakter daşaya bilər.
  2.     Sərgi əsəri – sərgi sənət əsərləri incəsənət həftəsonu zamanı qalereyada nümayiş etdiriləcək. Buraya rəsmlər, eskizlər, installasiya hissələri, o cümlədən heykəltəraşlıq, səs və ya rəqəmsal media şəklində sənət əsərini təmsil edən digər sensor elementləri daxil ola bilər.

İctimai performans VarYox komandası tərəfindən incəsənət həftəsonu başlamazdan əvvəl video, audio və/və ya fotoqrafiya vasitəsilə sənədləşdiriləcək. Bu hazırlanan material sənət əsərinin qalereya versiyası ilə yanaşı sərgilənəcək.

Əsər təkliflərinin qəbulu üçün son tarix: 15 sentyabr

İncəsənət həftəsonundan əvvəl (17–30 oktyabr): 31 oktyabr tarixindəki tədbirin başlamasına iki həftə qalmış hər bir rəssam seçdiyi fəvvarədə bir ictimai performans nümayiş etdirəcək. Bu performanslar sosial mediada elan olunacaq və maraqlanan ziyarətçilər, həmçinin yerli sakinlər performansda iştirak edə biləcək.

Açılış tədbiri (31 oktyabr): Rəssamlar layihələrinin ideyası və nəticələrini, o cümlədən bunların Bakı şəhərinin davam edən hekayəsinə necə töhfə verdiyini müzakirə etmək üçün kuratorun moderatorluğu ilə panel müzakirəsində iştirak edəcəklər. Tədbirdən sonra qalereyada açılış mərasimi baş tutacaq, burada ictimaiyyət rəssamlarla və sərgi ilə tanış ola biləcək.

Sərgi Məkanı: Bakı Fotoqrafiya Evi, İçərişəhər

 

Təklif üçün tələblər:

  • Rəssamın bioqrafiyası və əlaqə məlumatları
  • İncəsənət əsərinin əsas ideyası
  • İncəsənət əsərinin iki hissədə təsviri (ictimai performans + sərgi əsəri)
  •  İncəsənət əsəri üçün tələb olunan büdcə (həm ictimai performans, həm də sərgi əsəri daxil olmaqla)
VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir