ADO Teatr kollektivindən yeni tamaşa – TOY

 ADO Teatr kollektivindən yeni tamaşa – TOY

22 may, saat 20:00-da ADO Teatr Kollektivi “TOY “adlı tamaşasını göstərəcək.

Tamaşa, məşhur alman dramaturqu Bertolt Brextin “Meşşan Toyu” pyesi əsasında hazırlanıb. Tamaşanın rejissoru, ADO-nun fransız aktrisası Elsa Furtadodur. Tamaşanın rəssamı isə Leyla Quliyevadır. Pyesi Azərbaycan dilinə Aytən F. Əliyeva tərcümə edib. Rolları isə Elmin Bədəlov, Elgün Həmidov, İskra Tarrant, Kamal Aken, Günel İmanova, Zərif Bəkirova və Orxan İsgəndərli canlandıracaq.

“TOY” tamaşasının rəsmi dəstəkçisi: “Goethe Zentrum – Baku” (Goethe İnstitut)

ADO Theatre – Collective hər kəsi 22 may 2018, saat 20:00-da “TOY”a dəvət edir.

Qeyd edək ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır.

Bilet: 5 AZN

Ünvan: Mirzəağa Əliyev 245 // ADO Theatre – Collective | Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85

E-mail: [email protected] // Rəsmi sayt: ado.az // Rəsmi səhifələr: facebook / instagram

Ünvanı tapmaq üçün video-xəritə: https://www.youtube.com/watch?v=o5LdtV49Wuo

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər