Rəssamlar üçün açıq çağırış

Yaşıl Qatar – Dəmir Yolu Muzeyi İncəsənət Sərgisi
Təşkilatçılar: VARYOX & ADY
🚂Azərbaycan dəmir yolu stansiyalarına yaxın yaşayan, müntəzəm istifadə edən rəssamları sərgimizdə iştiraka dəvət edirik.
📍 Sərgi Məkanı
Dəmir Yolu Muzeyi, Bakı
📅 Əsas Tarixlər
• Açıq çağırışın bitmə tarixi: 14 Sentyabr
⸻
🖼 Mövzu: “Yaşıl Qatar”
Təqdim olunan əsərlər dəmir yolunu ekologiya və davamlılıq sahəsində bir dönüş nöqtəsi kimi göstərməli, həmçinin yaşıl nəqliyyatı, ekoloji şüuru və səyahətin poetik gücünü ön plana çəkməlidir. Videoart, installasiya, fotoqrafiya və digər bədii ifadə növləri ilə müraciətlər qəbul ounur.
⸻
✅ Qayda və Dəstək
• Azərbaycanda yaşayan bütün rəssamlar müraciət edə bilər.
• Seçim mərhələsindən uğurla keçmiş layihələrə maliyyə dəstəyi veriləcək.
• Layihələrin hazırlanması üçün iki ay vaxt ayrılacaq.
• Əsərlər daha sonra rəssamın yaşadığı bölgədəki dəmir yolu stansiyasında sərgilənəcək.
• Hər bir iştirakçının Bakıya qatar səfəri video ilə sənədləşdiriləcək.
🌍 Niyə İştirak Etməlisiniz?
• 🌱 Davamlı nəqliyyatın təbliğinə töhfə vermək imkanı əldə edəcəksiniz.
• 🧑🎨 Fikirlərinizi və yaradıcılığınızı paylaşa biləcəksiniz.
• 🧩 Dəmir yolu icmaları ilə əlaqə yaratmaq fürsəti qazanacaqsınız.
• 🌍 Ekoloji şüurun inkişafına dəstək olmaq imkanınız olacaq.

1 Comment
Salam yaşıl qatar adlı sərgiyə qoşulmaq isteyirem ətraflı məlumat almaq istəyərdim