Cəsur qızlar üçün hekayələr

 Cəsur qızlar üçün hekayələr

12 iyun 2018-ci ildə “Baku IdeaLab”-də “Equals” və İsveçrə Əməkdaşlıq Ofisinin layihəsi olan “Cəsur qızlar üçün hekayələr” kitabının təqdimat mərasimi keçirildi.

 

Kitabda uşaqlar üçün nəzərdə tutulmuş və gender stereotiplərinin aradan qaldırılmasına köməklik edəcək hekayələr və illustrasiyalar toplanıb. Hekayələr 20 azərbaycanlı qadın haqqındadır, qarşılaşdıqları çətinliklər və qazandıqları uğurları əhatə edir.

 

Təqdimatda kitab qəhrəmanlarından bir neçəsi də iştirak edib və uşaqlara özləri haqqında ruhlandırıcı hekayələri oxuyub, onlarla təcrübələrini bölüşüb.

 

Kitab əsasən uşaqlar üçündür, xüsusilə qızlara ünvanlanıb. Kitabın əsas məqsədi uşaqları ilhamlandırmaq, qadınların da istədikləri, seçdikləri peşəyə sahib olmağa haqqı olduğunu, kitab qəhrəmanlarından Leyla Kərimlinin sözləri ilə desək “Ətrafdakı insanlar səylərinin nəticəsiz olacağını desə belə, həyatdan istədiyini əldə etməyənə qədər təslim olma. Özünə inan. Sən bacaraqsan!” mesajını uşaqlara çatdırmaqdır.

İdeya haqqında

4 gənc qadın “Equals” (“Bərabərlər”) təşəbbüsünü gender bərabərliyini sosial media və tədbirlər vasitəsilə müzakirə və təşviq etmək məqsədilə 2016-cı ildə Bakı şəhərində yaradıb. Təşəbbüsün məqsədi gender stereotiplərindən azad bir mühitin yaradılmasıdır. Ancaq təşəbbüs başladığı nöqtədən daha uzaqlara gedib, 2 il ərzində “Equals” kino nümayişi, foto sərgi, panel müzakirələri ilə cəmiyyətin müxtəlif yaş və gender kateqoriyalı nümayəndələrini  gender bərabərliyi haqqında müzakirələrə cəlb edə bilib.

[no_button size=”medium” style=”transparent” button_hover_animation=”default” icon_pack=”font_awesome” fa_icon=”fa-cart-plus” target=”_self” text=”Kitabı alın” link=”https://www.facebook.com/equalsbaku/” color=”#000000″ hover_color=”#ffffff”]

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir