Cari vəziyyətin nəticəsi olaraq, dünyada və eləcə də Azərbaycanda baş verən hadisələr hər birimizi narahat etməkdədir. Və bu səbəbdən, Azərbaycan müasir incəsənət nümayəndələrinin yaşadığı yaradıcı və fərdi problemlərlə əlaqədar sorğunun tərtib olunmasına ehtiyac yaranmışdır.
Yaradılan sorğunun nəticəsi olaraq biz bir-birimizə dəstək olmaq və həmçinin, dövlətin təqdim etməyi nəzərdə tutduğu iqtisadi/sosial paketdən müasir incəsənət nümayəndələri olaraq yararlanmağı düşünürük. Eyni zamanda, beynəlxalq tərcübəyə əsaslanaraq mümkün maliyyə və digər imkanların tapılmasına birgə çalışacağıq.
Sorğunun doldurulması üçün son tarix 15 aprel 2020-ci ildir. Sorğuda iştirak edən şəxslər barədə məlumat və bu şəxslərin fikir və təklifləri hər birimiz üçün önəmlidir. Sorğu iştirakçılarının fərdi məlumatları mövcud qanunvericiliyə uyğun olaraq məxfi saxlanılır və belə məlumatlar yalnız onlar icazəsi ilə toplanılır, işlənilir və onların etiraz etmədiyi təqdirdə, aidiyyatı şəxslər, həmçinin, dövlət qurumlarına müvafiq problemlərin həlli məqsədilə müraciət üçün istifadə ediləcəkdir.
Sorğunu tərtib etdi:
Əsli Səmədova – art menecer və Ta(r)dino Art Platformasının təsisçisi
Vüsal Rəhim – konseptual rəssam və art direktor
Rəşid Məmmədov – hüquqşünas
Aytac Xalıq – assistent