Divarda İncəsənət

Digital mural by Baku based artist Samir Salahov @ssmoothest is inspired by Alakbar Rezaguliyev’s works (1903-1974). According to Salahov, Rezaguliyev had mastered Baku Old city’s atmosphere in his engravings and paintings. | Samir Salahovun @ssmoothest rəqəmsal əsəri Ələkbər Rzaquliyevin (1903-1974) rəsmlərindən ilhamlanır. Samirin sözlərinə görə, Ələkbər Rzaquliyev öz qravüra və rəsmlərində İçərişəhər atmosferini ustalıqla mənimsəyib.

“Divarda İncəsənət” adlı @tardino6 incəsənət platformasının digital layihəsidir. İçərişəhərdə, Kiçik Qala 58 ünvanında yerləşən bir binanın üzərində müasir incəsənət əsərlərini rəqəmsal formatda nümayiş edir. “Divarda incəsənət” layihəsi müasir incəsənəti demokratikləşdirir və onu geniş auditoriya, xüsusilə də muzey və qalereyalara tez-tez ziyarət etməyən insanlar üçün əlçatan etməyə çalışır. Layihə şəhər memarlığını müasir incəsənət ilə birləşdirmək məqsədi daşıyır. Rəqəmsal aləm heç bir limit və sərhəd tanımadığına görə, rəssamlar bütün cəsarətli xəyallarını gerçəkləşdirə bilərlər.

“Divarda incəsənət” layihəsi üçün təklifiniz varsa, göstərilən linkdə https://bit.ly/artonawall istifadə edə biləcəyiniz bütün fotolara nəzər salın.

Zəhmət olmasa, qeydlərinizi [email protected] elektron ünvanına göndərin və ya @tardino6 səhifəsini Instagram postlarınızda etiketləyin.
Rəssamlar:

Irina Eldarova (@irinaeldarova)
Samir Salahov (@ssmoothest)

İrinanın layihəsi: “Miraj” yağlı boya əsəri istifadə olunub.

Samirin layihəsi: Samir Salahovun rəqəmsal əsəri Ələkbər Rzaquliyevin (1903-1974) rəsmlərindən ilhamlanır. Samirin sözlərinə görə, Ələkbər Rzaquliyev öz qravüra və rəsmlərində İçərişəhər atmosferini ustalıqla mənimsəyib.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir