Venesiya Biennalesi – Əcnəbilər hər yerdədir

 Venesiya Biennalesi – Əcnəbilər hər yerdədir

Dünyanın ən qədim və ən nüfuzlu incəsənət sərgisi olan Venesiya Biennalesi beynəlxalq münsiflər heyətinin iştirakı ilə iki ildən bir keçirilən dünya incəsənətinin ən məşhur forumlarından biri kimi tanınır. Stranieri Ovunque – “Əcnəbilər hər yerdədir” – Adriano Pedrosanın kuratorluğu ilə 2024-cü ildə Venesiya Biennalesinin 60-cı Beynəlxalq İncəsənət Sərgisinin adı və mövzusudur.

2024-cü il Venesiya Biennalesində Ən Yaxşı Milli İştirak üçün nüfuzlu Qızıl Şir Avstraliya Pavilyonunda “doğmalar və yaxınlar” instalyasiyasına görə avstraliyalı rəssam Archie Moore-a təqdim olunub.

Moore öz instalyasiyasında ailəsinin 65.000 illik tarixini araşdıraraq, öz ailə şəcərəsini izləyicilərə təqdim edir. O, aylar ərzində qaranlıq divarlara və tavana həm yaxın qohumlarının, həmçinin Bigambul və Kamilaroy tayfalarından olan uzaq əcdadlarının tarixini əks etdirən şəcərə ağacını təbaşir ilə çəkib. Otağın mərkəzində müstəmləkəçiliyin Avstraliyanın yerli əhalisinə dağıdıcı təsirlərini araşdıran masa mövcuddur. İnstalyasiya vizual cəlbediciliyi, poetik keyfiyyəti ilə diqqət çəkir, həm də bağlılıq, itki və ümid kimi universal mövzulara da toxunur.

Moore instalyasiyasında ailəsinin 65.000 illik şəcərəsini təqdim edir, onun yaxın qohumlarının, həmçinin Bigambul və Kamilaroy tayfalarından olan əcdadlarının tarixini qaranlıq divarlarda və tavanda təsvir edir. Sərginin mərkəzində müstəmləkəçiliyin Avstraliyanın yerli xalqı üzərindəki dağıdıcı təsirlərini vurğulayan bir masa yerləşdirilib.

“Xüsusi qeyd” kateqoriyasında Kosovo Respublikasının pavilyonu qalib olub. Doruntina Kastratinin “Metal və dəridə sükutun əks-sədası” adlı instalyasiyası qadın işçilərin sənaye və fiziki əməyini təsvir edir. Ağır iş şəraiti səbəbindən qadınlar növbələrini ayaq üstə keçirirlər və onların təxminən üçdə biri diz əməliyyatına, ardınca isə metal protezin taxılmasına ehtiyac duyur. Rəssam qoz qabıqlarından və tibbi diz implantlarından ilhamlanan zərif heykəlləri ilə qadın işçilərin üzləşdiyi çətinlikləri vurğulayır.

Rəssam Doruntina Kastratinin instalyasiyası Kosovonun Prizren şəhərində türk şirniyyat fabrikində qadın işçilərin çəkdiyi ağır fiziki əməyi, ağır iş şəraiti səbəbindən bir çoxunun diz əməliyyatına ehtiyacını canlı şəkildə təsvir edir. Onun qoz qabıqlarından və tibbi diz implantlarından ilhamlanan zərif heykəlləri qadın işçilərin üzləşdiyi çətinlikləri vurğulayır.

Mataaho Kollektivi Erena Baker, Sarah Hudson, Bridget Reweti və Terri Te Taudan ibarət Yeni Zelandiyadan olan bir qrup rəssamdır. Onlar “Takapau, 2024” adlı instalyasiyaları ilə Venesiya Biennalesində Ən Yaxşı Rəssam üçün Qızıl Aslanın qalibi olublar. İnstalyasiya Venesiyanın tarixi sərgi məkanı olan Arsenalenin girişində zərif toxunmuş qayışlardan ibarətdir. Mataaho Kollektivinin bu işi mədəni irs, şəxsiyyət və sənətkarlıq mövzularını araşdıraraq, ənənəvi Maori sənət formalarının müasir şərhini nümayiş etdirir.

Gümüş Aslan Mükafatının qalibi olan və ilk dəfə nümayiş etdirilən “Gənc Sürücülər” filmi Nigeriyanın Laqos şəhərində “Okada” kimi tanınan taksilərin dünyasını bəhs edir. Film maliyyə müstəqilliyinə nail olmaq məqsədi ilə hökumət tərəfindən qadağan olunmasına baxmayaraq, qeyri-qanuni şəkildə işlərinə davam edən qətiyyətli motosiklet sürücülərini təsvir edir. Karimah Ashadu qadağaların “Okada” sürücülərinə təsirlərini araşdıraraq, onların gündəlik həyatlarında qarşılaşdıqları çətinlikləri də izləyicilərə təqdim edir. Film, həmçinin baykerlərin Nigeriyanın patriarxal cəmiyyətinə meydan oxumasında oynadığı rolu da vurğulayır.

Münsiflər heyətinin xüsusi qeyd etdiyi Samia Halaby rəssam, müəllim və fəal kimi fəaliyyət göstərir. O, abstrak incəsənətə bağlılığını Fələstin xalqının iztirablarına olan dərin narahatlıq hissi ilə birləşdirir. Onun “Nucleo Storico” sərgisində nümayiş etdirilən “Qara gözəldir” adlı modernist tablosu həm təxəyyülün gücünü, həm də qlobal həmrəyliyin əhəmiyyətini vurğulayır.

La Chola Poblete akvarel, parça və fotoqrafiya da daxil olmaqla müxtəlif sənət əsərləri ilə həm transgender, həm də yerli xalqların nöqteyi-nəzərindən müstəmləkə tarixinin təsirini araşdırır. O, yerli qadınların ekzotik və stereotipik təsvirinə qarşı çıxır, həmçinin seksuallığın gücünü və əhəmiyyətini vurğulayır. Qərb dini simvollarını və yerli ənənələri transseksual yanaşma ilə birləşdirərək, o, Cənubi Amerikadan gələn əcdadların müdrikliyindən istifadə edərək, ənənəvi güc dinamikasını alt-üst edir.

Məqalə Mehinbanu Səfixanlı tərəfindən orijinal mətndən adaptasiya edilmişdir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir