Cavid Şərifzadənin “Eternity” sərgisi keçiriləcək

 Cavid Şərifzadənin “Eternity” sərgisi keçiriləcək

Cavid Şərifzadə 29 iyul 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını Neft-Qaz muhəndisliyi İxtisası üzrə 2014-cü ildə fərqlənmə diplomu ilə bitirib. İncəsənət fəəaliyyətinə həmin “Sumgzeit” Depressive Black Metal janrında olan musiqi qrupunu yaradaraq başlayıb. Sumgzeit tərkibindəki fəaliyyəti çərçivəsində indiyədək 2014-cü ildə “Eternal” EP və 2019-cu ildə “Death of You” albomunu təqdim edib. Albomun yayımlanmasından sonra yağlı boya ilə rəsmlər çəkməyə başlayıb. Cavid 2020-ci ildə Vətən müharibəsinin iştirakçısı olub. Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərinə gedən döyüş əməliyyatlarında iştirak edib.

Cavidin “Eternity” adlı fərdi rəsm və foto sərgisi gənc rəssamın ilk ictimai sərgisidir. Sərginin rəsmi açılışı 11 oktyabr 19:00 tarixində Nur Art Houseda baş tutacaq. Kuratorluğunu Sevda Rüstəmli və Anar İbrahimovun edəcəyi sərgi 13 oktyabra kimi davam edəcək. Sərgiyə giriş sərbəstdir. Sərgidən qazanılan hər-hansı gəlir sahibsiz küçə heyvanları üçün sığınacaqlara veriləcək.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir