Elmar İmanovun “Mövsümün sonu” filmi Rotterdam kinofestivalının konkursunda
Azərbaycanlı rejissor Elmar İmanovun (“Tabutçunun yellənçəyi”, “Ayrı”) yeni tammetrajlı bədii filmi yanvarın sonunda ilk dəfə olaraq Rotterdam kinofestivalında nümayiş etdiriləcək. O qədər də gözə çarpmayan dramda böyük şəhərin bir çox yeni binalarından birində yaşayan sadə Bakılı ailəsinin həyatının 24 saatından bəhs edilir. Çoxdan planlaşdırılmış dənizə səfər filmdə, intriqa yaradan, həmçinin azadlıq hissi ilə sevmək və sevilmək hissi arasında münaqişə haqda düşünməyə sövq edən metaforaya çevrilir. Film Azərbaycanfilmlə birgə Almaniyanın COLOR OF MAY şirkəti tərəfindən səhnələşdirilib. Filmdə Rasim Cəfərov, Zülviyə Qurbanova, Qurban İsmayılov və Mir-Mövsüm Mirzə-zadə kimi görkəmli azərbaycanlı aktyorlar çəkilib. Filmdə prodakşn dizayner kimi Sitara İbrahimova, assistent kimi isə Diana Aliyeva çalışıb. Kino dünyasında ən mötəbər tədbirlərdən biri sayılan Rotterdam kinofestivalı bu ilin 23 yanvar – 3 fevral tarixlərində baş tutacaq.