Azərbaycanın paytaxtı Bakıda doğulan və Türkiyənin İstanbul şəhərində yaşayan fotoqraf Rəna Əffəndi Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən neft borularının ətrafında yaşayan insanların həyatlarını işıqlandıran işi sayəsində beynəlxalq dərəcədə tanınmağa başlayıb. Onun yaradıcılığı eyni anda həm artistik, həm də dokumentaldır – zərif kompozisiyalar vasitəsilə Rəna şəhər, sənaye və ya kənd şəraitindən asılı olmayaraq bölgələrdə yaşayan insanların hekayələrini çatdırır, həssas vizual obrazlar vasitəsilə onlara təmtəraqlıq və – bir növ – səs hüququ verir.

 

2002-ci ildən təcrübə yığmağa başlayan fotoqrafın adı artıq 2005-ci ildə nüfuzlu National Geographic jurnalının “All Roads” adlı fotokonkursunda çəkilir. Yeri gəlmişkən, bu məqam bir növ onun karyerasının qalxışının nişanəsi olur. 2006-cı ildə Rəna “Getty Images Editorial Photography” qrantına və “Giacomelli Memorial Fund” mükafatına layiq görülür və öz işini Fransada sərgiləyir. Onun əsərləri bir çox beynəlxalq nəşrlərdə, o cümlədən National Geographic, The New Yorker, Newsweek, TIME, The New York Times Magazine, Vogue, Marie Claire, The Sunday Times, Le Monde, Le Figaro, Newsweek, International Herald Tribune, Courrier International, Oqonyok və s. yerlərdə təqdim edilir. 2009-cu ildə fotoqraf “Boru arzular: neft kəməri boyunca həyatların səlnaməsi” adlı ilk kitabını nəşr edir. Burada Rəna 1700 kilometrlik Bakı-Tiflis-Ceyhan neft kəməri boyunca mövcud olan icmaları və mənzərələri çəkməklə iqtisadi böyümənin insani qarşılığını və ətraf mühitin vəziyyətinin pisləşməsini göstərir. Rəna Əffəndinin 2013-cü ildə işıq üzü görmüş və atasının Sovet dövründəki fəaliyyətinə həsr olunmuş “Maye torpaq” adlı monoqrafiyası environmentalizmi (ətraf mühitin qorunmasına yönəlmiş ictimai ekoloji hərəkat) geniş şəkildə işıqlandırır. Bu kitabda fotoqraf oz şəkillərini Sovet dövründə entomoloq kimi çalışan atasının yığdığı kəpənək təsvirləri ilə müqayisə etməklə Azərbaycanın təbii gözəlliyinin nə qədər kövrək olduğunu tamaşaçıya göstərməyə çalışır. Qeyd etmək lazımdır ki, Rəna bir çox mükafata, o cümlədən “Alexia 2018 Professional Grant”, “the Prince Claus Fund Award for Culture and Development”, 2014-cü ildə “World Press Photo”, təsviri incəsənət kateqoriyası üzrə “SONY World Photography”, “Getty Images Editorial Grant”, fotoqrafiya və davamlılıq kateqoriyası üzrə “Prix Pictet Award” mükafatlarına layiq görülüb. Rəna Əfəndi dünyanın bir çox yerlərində sərgi keçirib və onun işləri müxtəlif kolleksiyalarda, o cümlədən Saatchi Qalereyası, Miami Art Basel, Istanbul Modern və 52-ci Venesiya Bienalı çərçivəsində təqdim olunub.

 

Azərbaycanda yeniliklərə imza atan qadın fotoqraf kimi Rənanın yaradıcılığının ən gözə çarpan mövzularından biri, mədəni və ətraf mühit amillərinə baxmayaraq insanların, xüsusilə də qadınların öz şəraitlərini dəyişmək uğrunda mübarizəsi ilə bağlıdır. Onun son layihələrindən biri kimi Makedoniya və Yunanıstan arasındakı sərhədləri aşan Yaxın Şərq və Afrika qaçqınlarının şəkilləri seriyasında ibarət “Kəsişmə nöqtəsi” işini qeyd etmək olar. Kamerasının obyektivi sayəsində Rəna bu qaçqınların çarəsizliyini və insanlığını sezir. Onun portretləri müharibədən qaçan insanların yoxsulluğunu və terroru, ölkələrindəki şiddət və iqtisadi tənəzzülü, həmçinin hazırki şəraitlərini və heç nəyə baxmayaraq həyatda qalmaq istəyi ilə birlikdə şəxsiyyətlərini və ləyaqətlərini ifadə edir. Bununla birgə Rəna Əfəndi Azərbaycanla bağlı iki mühüm fotoreportajın müəllifidir. 2006-cı ildə onun “Xınalıq kəndi” layihəsi Qafqaz dağlarında Rusiya ilə sərhəd ərazilərdə yerləşən ucqar Xınalıq kəndinin sakinlərinə həsr olunmuşdu. Bunun səbəbi isə sakinlərin kənd əhalisinin azalmasına və müasirliyin artmasına baxmayaraq, öz ənənəvi həyat tərzini qoruyub-saxlaya bilməsidir. Rəna Əfəndinin 2018-ci ildə National Geographic üçün hazırladığı “Xəzər əsrarəngizliyi” adlı gəzinti fotoları toplusu (traveloq), köhnə və yeni icmalarla birlikdə memarlığın bir-birinə qarşı qoyulması ilə bakılıların təsvirlərinin hekayəsini əks etdirir. Sanki bununla bu traveloq şəhərdə və Abşeron yarımadasında müasir həyatın mürəkkəbliyini təsvir etməyə çalışır. Fotoqrafın Azərbaycan xalqına qarşı sevgi və hörmətini onun çərçivə və perspektiv istifadəsində, Azərbaycan haqda hekayəsində görmək olar. Gün işığına bürünmüş təsvirlər şəhəri nostaljik və gələcəyə ümidli tərzdə təqdim edir; fotoqrafın Azərbaycan xalqına cəmləşmiş diqqəti Bakını həqiqətən də canlı şəhər edən insanlığı vurğulayır.

Born in Baku, Azerbaijan and based in Istanbul, Turkey, photographer Rena Effendi gained international notice for her work capturing the lives of people along the oil pipeline that runs through Azerbaijan, Georgia and Turkey. Her work is both artistic and documentary – through elegant compositions she tells the individual stories people on the margins, whether in urban, industrial or rural settings, giving them agency and voice through sensitive visual portrayals. Rena began her practice in 2002 and by 2005 she won an honorable mention in National Geographic’s “All Roads” photography competition, which marked the acceleration of her career. In 2006 she won the Getty Images Editorial Photography Grant and the Giacomelli Memorial Fund awards and she exhibited her work in France. Her work has been featured in various international publications including National Geographic, The New Yorker, Newsweek, TIME, The New York Times magazine, Vogue, Marie Claire, The Sunday Times, Le Monde, Le Figaro, Newsweek, International Herald Tribune, Courrier International, Ogoniok and others. In 2009, she published her first book “Pipe Dreams: A chronicle of lives along the pipeline,” in which she photographed the communities and landscapes along the 1700-kilometer Baku-Tbilisi-Ceyhan oil pipeline, showing the human cost of economic growth and environmental decline Environmentalism featured strongly in her next monograph called Liquid Land, published in 2013, as an ode to her father’s work during the Soviet Union. In the book, Rena’s photographs were juxtaposed with images of butterflies collected by her entomologist father in the Soviet Union, a metaphor showing the fragility of Azerbaijan’s natural beauty. Rena has also been the recipient of many more awards including the Alexia 2018 Professional Grant, the Prince Claus Fund Award for Culture and Development, World Press Photo for observed portraits in 2014, SONY World Photography Award in the fine art category, the Getty Images Editorial Grant, and the Prix Pictet Award in Photography and Sustainability, where she was shortlisted. She has exhibited work across the world and is represented in various collections including the Saatchi Gallery, Miami Art Basel, Istanbul Modern, and the 52nd Venice Biennial.

As a pioneering female photographer in Azerbaijan, one of the most compelling subjects of Rena’s work is how people and especially women struggle to overcome their circumstances despite cultural and environmental factors. Recent projects include ‘The Crossing Point’ a haunting photo series on Middle Eastern and African refugees fleeing across the border between Macedonia and Greece. Through her lens, Rena captures both the desperation and humanity of the refugees. Her portraits portray the poverty and terror of the people fleeing war, violence and economic failure in their home counties but also their reveals their personalities and individual dignity despite their current conditions and their desire to survive against all odds. She also completed two significant photo essays on Azerbaijan. In 2006, her project ‘Khinaliq Village’ focused on the inhabitants of the remote village of Khinaliq high in the Caucasus Mountains near the Russian border as they maintain their traditional lifestyle despite a declining population and increasing modernity. In 2018, her series for National Geographic entitled ‘Caspian Mystique,’ was a travelogue of images of Bakuvians set against both new and old communities and architecture, showing the complexity of contemporary life in the city and the Absheron peninsula. Her love and respect for the people of Azerbaijan is shown through her use of framing and perspective, a view of Azerbaijan told by an Azerbaijani. Washed in sunlight, the images portray the city as grounded in nostalgia and hopeful for the future; her focus on the people of Azerbaijan highlights the humanity that makes Baku the vibrant city that it is.

Rəna Əfəndi
Rəna Əfəndinin vebsaytıRəna Əfəndinin vebsaytı

Müəllif

Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər regionunun müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.

Lesley Gray is a Dubai-based curator and researcher focusing on contemporary art in the GCC and Caspian Sea regions. She is also a freelance writer covering Central and West Asia for the art journal ArtAsiaPacific. She loves the Baku art scene and visits often.

Tags: