Şənbə günü, 30 noyabr 2019-cu ildə, Berlinin məşhur klubu “Tresor.Berlin” artıq 4-cü dəfə baş tutacaq “Nights – Stadt Nach Acht 2019 – Nightlife Conference” illik konfransına ev sahibliyi edəcək. 2016-cı ildən bəri kuratorlar Liese Kinqma və Boqomir Doringer musiqini sosial dəyişiklik naminə effektli alət kimi istifadə edən yeraltı elektronik musiqi təşəbbüskarlarından və aktivistlərindən ibarət geniş, dünya miqyaslı şəbəkə yaradıblar.
İndi 2019-cu ildə – gentrifikasiya, sağçı populizm və iqlim dəyişikliyinin durmadan artan təhlükəsi ilə – azad məkanların və rəqs meydançalarının siyasi önəmi də davamlı olaraq artır. Bu ilin iki əsas mövzu qrupları – “Təxirəsalınmazlığın Rəqsi & Məkanı” – hər biri özlərinə aid hərəkatların ön cəbhələrində olan və faktiki olaraq yerli və beynəxalq reyv və klub-mədəniyyətli icmalar arasında çarpaz tozlanmaya səbəb olan fərqli musiqiçilərə, alimlərə və urban “change-maker”lərə səhnə təqdim edəcək.
Gürcüstan, Fələstin, Azərbaycan, Ukrayna, ABŞ, Avstraliya və AB-nin hər tərəfindən zəngin təsəvvürlü elektronik musiqi kollektivləri “Təxirəsalınmazlığın Rəqsi & Məkanı” mövzuları ətrafında baş verən özlərinə məxsus situasiyalara aydınlıq gətirəcəklər. Yaşadığımız şəxsi və kollektiv böhran dövründə məqsədimiz Berlindən olan yerli mədəni fiqurlar və aktivistlər ilə birgə həll-yönümlü yanaşmaları müzakirə, mübadilə və əks etdirməkdir.
Gün ərzində mədəni əhəmiyyətli “Tresor.Berlin” klub məkanı “Red Light Radio” canlı efirinə, master-klasslara, müzakirələrə və film nümayişlərinə ev sahibliyi edəcək. Gecə isə konfrans “Təxirəsalınmazlığın Rəqsi & Məkanı” klub gecəsinə çevrilərək, aparıcı məruzəçilərinin bir qisminin yaratdığı səslərlə dolacaq.
Açılış Performansı 23:00 – 00:00 – Təxirəsalınmazlığın Rəqsi: Afrikalı/Amerikalı Səs Müqaviməti – Kornelius Harris və Mark Fleşin audio-vizual layihəsi / “Globus”da
Onlayn konfrans biletləri aşağıdakı tədbirlərə giriş hüququ verir: