“Berlində gecə həyatı” konfransı

 “Berlində gecə həyatı” konfransı

Şənbə günü, 30 noyabr 2019-cu ildə, Berlinin məşhur klubu “Tresor.Berlin” artıq 4-cü dəfə baş tutacaq “Nights – Stadt Nach Acht 2019 – Nightlife Conference” illik konfransına ev sahibliyi edəcək. 2016-cı ildən bəri kuratorlar Liese Kinqma və Boqomir Doringer musiqini sosial dəyişiklik naminə effektli alət kimi istifadə edən yeraltı elektronik musiqi təşəbbüskarlarından və aktivistlərindən ibarət geniş, dünya miqyaslı şəbəkə yaradıblar.

İndi 2019-cu ildə – gentrifikasiya, sağçı populizm və iqlim dəyişikliyinin durmadan artan təhlükəsi ilə – azad məkanların və rəqs meydançalarının siyasi önəmi də davamlı olaraq artır. Bu ilin iki əsas mövzu qrupları – “Təxirəsalınmazlığın Rəqsi & Məkanı” – hər biri özlərinə aid hərəkatların ön cəbhələrində olan və faktiki olaraq yerli və beynəxalq reyv və klub-mədəniyyətli icmalar arasında çarpaz tozlanmaya səbəb olan fərqli musiqiçilərə, alimlərə və urban “change-maker”lərə səhnə təqdim edəcək.

Gürcüstan, Fələstin, Azərbaycan, Ukrayna, ABŞ, Avstraliya və AB-nin hər tərəfindən zəngin təsəvvürlü elektronik musiqi kollektivləri “Təxirəsalınmazlığın Rəqsi & Məkanı” mövzuları ətrafında baş verən özlərinə məxsus situasiyalara aydınlıq gətirəcəklər. Yaşadığımız şəxsi və kollektiv böhran dövründə məqsədimiz Berlindən olan yerli mədəni fiqurlar və aktivistlər ilə birgə həll-yönümlü yanaşmaları müzakirə, mübadilə və əks etdirməkdir.

Gün ərzində mədəni əhəmiyyətli “Tresor.Berlin” klub məkanı “Red Light Radio” canlı efirinə, master-klasslara, müzakirələrə və film nümayişlərinə ev sahibliyi edəcək. Gecə isə konfrans “Təxirəsalınmazlığın Rəqsi & Məkanı” klub gecəsinə çevrilərək, aparıcı məruzəçilərinin bir qisminin yaratdığı səslərlə dolacaq.

Açılış Performansı 23:00 – 00:00 – Təxirəsalınmazlığın Rəqsi: Afrikalı/Amerikalı Səs Müqaviməti – Kornelius Harris və Mark Fleşin audio-vizual layihəsi / “Globus”da

Onlayn konfrans biletləri aşağıdakı tədbirlərə giriş hüququ verir:

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir