Fuckup Nights 2012-ci ildə Meksikada başlayan və insanların ictimaiyyət qarşısında biznesdəki uğursuzluq hekayələrini paylaşdıqları qlobal hərəkatdır. Hər il dünyanın 70-dən çox ölkəsinin 200-dən artıq şəhərində yüzlərlə insan sahibkarın uğursuzluq hekayələrini dinləmək üçün toplaşırlar. Hər tədbirdə 3 və ya 4 spiker olur və onlar 10 şəkildən istifadə etməklə 7 dəqiqə ərzində öz uğursuzluqları haqqında danışırlar. Tədbirin formatına uyğun olaraq spikerlər 7 dəqiqə ərzindəki təqdimatda aşağıdakı sualları əhatə edirlər.
- Hansı layihə və ya bizneslə məşğul olublar?
- Uğursuzluğa nə səbəb olub? Bu onların şəxsi həyatına necə təsir edib? Burdan hansı dərslər çıxarılıb? Yenidən eyni işlə məşğul olsaydılar, nələri fərqli edərdilər?
Hər çıxışdan sonra spikerlər auditoriyanın maraqlandırdığı sualları cavablandırırlar.
Bu tədbir ilk dəfə Bakıda 22 iyun saat 19:00-da Next Step Innovation Center-də baş tutacaq. Tədbirin spikerləri Cavid Ağa, Ağahuseyn Əhmədov və Günel Cənnətova olacaq.
Cavid Ağa VarYox vebsaytının kontent meneceridir. OCMedia.org, BBC Azərbaycanca və bir sıra vebsaytlarda yazıları daimi olaraq yayımlanır.