Azərbaycanda ilk dəfə Gender Bərabərliyi Mükafatı veriləcək

Fransa və Almaniyanın Azərbaycandakı səfirlikləri Azərbaycanda ilk dəfə “Gender Bərabərliyi Mükafatı” təqdim edəcək. Bu mükafat Azərbaycanda gender bərabərliyinə töhfə verən təşəbbüslərin mükafatlandırılmasına yönəlib. Qeyd olunan sahələrdən birində gender bərabərliyi istiqamətində konkret bir təşəbbüslə məşğul olan bütün azərbaycanlı qadınlar müraciətlərini göndərə bilər.

  • Siyasətdə və ya biznesdə qadın liderliyinin təşviqi
  • Yaradıcı qadınların incəsənət və mədəniyyət sahəsindəki təşviqi
  • Münaqişələrin həlli və sülh quruculuğu prosesində qadınların rolunun artırılması
  • Cins əsaslı zorakılığa qarşı mübarizə
  • Cinsiyyət əsaslı stereotiplərin sorğulanması

Müsabiqənin qalibi Fransada 1 aylıq təhsil imkanı ilə mükafatlandırılacaq. İştirak üçün ingilis dili biliyi mütləqdir. 20 aprel 2021-ci il layihənizi təqdim etmək üçün son gündür. Linkə keçid edərək müsabiqənin şərtləri barədə ətraflı oxuya bilərsiniz.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir