AÇIQ ÇAĞIRIŞ: Her Art in Action 2026

“Her Art in Action” festivalının 2026-cı il buraxılışının “Mənzərəli ev” adlı mövzusu rəssamları qadınların “ev” anlayışını necə yaratdıqlarını, təyin etdiklərini, yenidən formalaşdırdıqlarını və ona meydan oxuduqlarını araşdırmağa dəvət edir. Mövzu, qadınların məişət məsuliyyətlərinin sərhədlərini kənarda özlərinə məkan yaratmaq arzusundan, həmçinin ictimai və şəxsi həyat arasındakı gərginlikdən ilhamlanıb. “Ev” qadınların özlərinə məxsus məkanı tənqidi şəkildə araşdırıb, sahibləndiyi və ya geri qaytardığı bir anlayışa çevrilir.
“Ev” neytral bir anlayış deyil. O, ailə, nostalji, öyrənmə, həsrət, ümid və daha geniş mənalarda ekoloji məsuliyyət və icma fəallığı kimi ziddiyyətli qatlarla zəngindir. Rəssamları “ev” anlayışını formalaşdıran torpaq mülkiyyəti, məcburi köç, miqrasiya və ya şəxsi baxış bucaqları kimi çoxsaylı amillər haqqında düşünməyə təşviq edirik. “Ev” hər zaman fiziki məkan olmaya bilər – o bir ritual, münasibət, xatirə, hətta bədən kimi də çıxış edə bilər.
Biz “ev” anlayışının rəssamlar üçün bütün incəlikləri ilə, şəxsi və genişmiqyaslı aspektləri ilə nəyi təmsil etdiyini bilmək və eyni zamanda, “ev”-in ən gözlənilməz məkanlarda və münasibətlərdə necə yaradıla biləcəyini araşdırmaq istəyirik.
Müraciət şərtləri
- Vizual incəsənət sahəsində (rəssamlıq, fotoqrafiya, video, heykəltəraşlıq, instalyasiya, performans və s.) fəaliyyətə yeni başlayan və təcrübəli rəssamlar müraciət edə bilər.
- Namizədlər 18 yaşından yuxarı olmalıdır.
- Həm fərdi, həm də kollektiv formada edilən müraciətlər qəbul olunur.
- Vətəndaşlıq məhdudiyyəti yoxdur; lakin Azərbaycan və ya İngilis dillərində ünsiyyət bacarığı tələb oluna bilər.
Qiymətləndirmə meyarları
- İncəsənət konsepsiyasının gücü və yaradıcılığı;
- Təqdim olunan işin kurator mövzusu ilə uyğunluğu;
- Layihənin iddialılığı, həmçinin əsərin vaxtında, sərgi keyfiyyətinə uyğun şəkildə hazırlanması;
- Əvvəlki təcrübə və sərgi fəaliyyəti;
- Seçilmiş rəssamlar layihənin həyata keçirmək üçün məhdud maliyyə vəsaiti ilə təmin olunacaq. Yüksək büdcəli layihələr üçün əlavə dəstək imkanı mümkün olmaya bilər.
Şərtlər və qaydalar
- Seçilmiş rəssamlar işlərin instalyasiyası və sərgi müddətində fiziki olaraq iştirak etməlidirlər.
- Əsərlər sərgiyə gətirildikdə quraşdırılmağa tam hazır olmalıdır.
- İşlərin müəlliflik hüququ və mülkiyyəti rəssama məxsus olmalıdır.
- Layihənin istehsalı və ya sərgi prosesi zamanı edilən əsas konseptual və ya struktural dəyişikliklər kuratorlar ilə əvvəlcədən təsdiq edilməlidir.
- Seçilmiş rəssamların rəsmi ödənişləri, istehsal büdcəsini və ya digər maliyyə dəstəyini ala bilməsi üçün etibarlı VÖEN-ə (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) sahib olmaları mütləqdir.
- Təşkilatçı tərəfindən təqdim edilən istehsal büdcəsi yalnız seçilmiş layihənin yaradılması, inkişafı və ya təqdimatı üçün istifadə edilməlidir.
- Rəssamlar təqdim etdikləri istehsal büdcəsinin dəqiqliyinə cavabdehdirlər; büdcə təsdiqləndikdən sonra artırıla bilməz.
Zaman cədvəli
- Müraciət üçün son tarix:5 Dekabr 2025
Vacib qeyd
- Hər bir müraciətdə toplam 100 MB ölçüdə olmaqla maksimum 10 fayl yükləyə bilərsiniz. Bu faylların hərəsi 25 MB-dan çox olmamalıdır. Əgər portfolionuzda çox iş varsa, onları toplayıb .zip formatında təqdim etməyi məsləhət görürük.
