Hilal Baydarovun filmi Venesiya Film Festivalında

 Hilal Baydarovun filmi Venesiya Film Festivalında

Rejissor Hilal Baydarovun “Səpələnmiş Ölümlər Arasında” filmi 77-ci Venesiya Film Festivalının əsas müsabiqəsində yer alıb. Festivalda iştirak edən filmlər “Qızıl Şir” mükafatı uğrunda mübarizə aparır.

“Səpələnmiş Ölümlər Arasında” filmi öz “həqiqi” ailəsini tapmağa çalışan, həyatını bir gün içində tamamlayan gənc oğlan Davudun sevgi hekayəsindən bəhs edir. Tapdığı sevgi həmişə yaşadığı yerdədir. Amma çox gec ola bilər.

Filmin qəhrəmanlarını aktyorlar Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oktay Namazov, Mürvət Əbdüləzizov, Pərviz İsaqov, Gülnaz İsmayılova, Gülarə Hüseynova canlandırır.

Rejissor: Hilal Baydarov

Təqdim edənlər: Elşən Abbasov, Hilal Baydarov

Birgə istehsalçılar: Carlos Reygadas, Joslyn Barnes

İcraçı prodüserlər: Danny Glover, Susan Rockefeller

Əlaqələndirici prodüser: Sarah D’Hanens

Ssenari: Rəşad Səfər, Hilal Baydarov

Görüntü rejissoru: Elşən Abbasov

Bəstəkar: Kənan Rüstəmli

Əlavə musiqilər: Nərmin Həsənova

Sound operatoru: Orxan Həsənov

Mənbə: www.screendaily.com/news/venice-competition-title-in-between-dying-lands-worldwide-sales-agent-exclusive/5151896.article

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir