Nəhayət ki, İsfar Sarabski və Rain Sultanovun birgə albomu “Cycle” yayımlanıb! Azərbaycanın iki öndə gələn caz musiqiçilərinin bu birgə işi Yan Qarbarek və Kyell Yonsonun “Aftenland” albomunu xatırladır. Albom Bakıdakı məşhur Xilaskar kilsəsində yazılıb. Orqan, saksofon və piano üçlüyü bizi musiqi dünyasında bir səyahətə aparır. Hətta diqqətlə dinləsək kilsə pəncərələrindən axan günəş şüalarının istiliyini bədənimizdə hiss edirik. Çox gec olmadan bu albomu yoxlamağınıza dəyər!
Cycle albomunu iTunes-dan satın ala və dinləyə bilərsiniz. Albom 9 trekdən ibarətdir. Albomun distryubütoru Ozella Music “Prelude” trekini Soundcloud hesabından paylaşıb: