İndiki zamanın simfoniyası

 İndiki zamanın simfoniyası
DJ Alex.Do-nun canlı elektron musiqisi ilə Yohanes Şafın Simfonik filmi.

“Berlin gecəsinin gizli mənzərəsindən bəhs edən kino dilində bir sevgi məktubu. Görkəmli rejissorun və fərqli dövrlərin elektron musiqi səhnəsindən tanınmış musiqiçilərin xəyalları. Köhnə və yeni Berlin haqqında 65 dəqiqəlik canlı musiqi və kino təcrübəsi”.
Bu layihə Berlinin gündəlik həyatını tam yeni bir kontekstdə əks etdirən Valter Ruttmannın “Böyük şəhərin simfoniyası – Berlin” (1920) adlı klassik filmindən təsirlənir.
Alex.Do (Dystopian leyblın ustadı. Məşhur DJ Berghain və 5-ci Simfoniya aktının müəllifi) 65 dəqiqəlik filmin orijinal səsyazısını unikal canlı interpretasiyası ilə gücləndirəcək.
O, Frank Vedermann ilə birlikdə, kompozisiyanın ayrı-ayrı parçalarını yenidən işləməyə və dəyişməyə imkan verən canlı musiqi performansı ərsəyə gətirib.

 

DJ Alex.Do [dystopian] – Tərcümeyi-hal

Alex.Do-nun Almaniyanın yenidən birləşdiyi ildə anadan olması faktı metafora kimi də başa düşülə bilər. Bu hadisə gənc sənətkarın həyatını əks etdirən iki qüvvənin, iki tam fərqli inkişafın bir-biri ilə qarşılaşmasının simvoludur.
O, Techno, Dub və House janrlarının bütün tarixindən, elektron rəqs musiqisinin mahiyyəti adlandıra biləcəyimiz bir yaradıcılıq əsərini formalaşdırır. Dərin, saatlarla davam edən və digər planetlərə səyahət edən DJ Set-ləri ilə öz melanxoliyasını və həmişə daxilə yönəlmiş baxışını yaşayır. Eyni zamanda onun musiqisinin nəbzi və öz əsərləri dinləyicilərə yetərincə enerji verir. DYSTOPİAN-da o, təkcə Berlində deyil, bütün Avropada sadəcə həmfikir yox, həm də özünün musiqi ilə çox özünəməxsus münasibətlərini nümayiş etdirə biləcəyi bir platforma tapıb.

İndiki Zamanın Simfoniyası

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir