Açıq Dəvət: Rəssamlar və dizaynerlər üçün Peşəkar İnkişaf Seminarı

 Açıq Dəvət: Rəssamlar və dizaynerlər üçün Peşəkar İnkişaf Seminarı

Ta(r)dino 6. Secret Location sizi San Fransiskoda yaşayıb yaradan rəssam, moda dizayneri, müstəqil kurator və sənətşünas Elis Vu tərəfindən keçiriləcək “Professional Development for Artists: Portfolio Package + Navigating the International Art Market” (“Rəssamlar üçün peşəkar inkişaf: Portfolio Paketi + Beynəlxalq İncəsənət Bazarında Naviqasiya”) adlı semirarına dəvət edir.

 

Seminarın tarixləri: 16 – 20 Aprel, 2019-cu il

 

Xüsusi qonaq kuratorlar: Yazar/Kurator Lesley Qrey (Dubay) və müstəqil kurator Əsli Səmədova (Milan/Baku)
Proqram köməkçisi: Aqil Abdullayev

 

Proqram haqqında ətraflı məlumat üçün buraya tıklayın
Seminarlar ingilis dilində keçiriləcək (Tələb olunarsa, azərbaycan və rus dilinə tərcümələri mümkündür)

 

Qeydiyyat pulsuzdur və bu link vasitəsi ilə həyata keçirilir. Son qeydiyyat taxiri – 5 Aprel.
Seçilmiş namizədlərlə 2019-cu il Aprelin 8-dək əlaqə saxlanılacaq.

 

Seminar ABŞ Səfirliyinin Mütəxəssislər üçün nəzərde tutulmuş, Əsli Səmədovanın qazandığı MAX proqramının qrantı sayəsinde keçiriləcəkdir.

 

Ta(r)dino 6. Secret Location haqqında ətraflı məlumatları buraya tıklayaraq əldə edə bilərsiniz.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir