“Lavaşanaloji” interdissiplinar sənət layihəsi özündə eko-kultun müasir tendensiyalarını və Azərbaycan və Qafqazın mədəni arxetiplərini birləşdirir. “Lavaşanaloji” bir növ, yəni davamiyyətdə olan işdir. O, öz ideyalarını sənətkarlıq istehsalının mexanizmi vasitəsi ilə təcəssüm edir, qida mühəndisliyinin qədim ünsürlərindən istifadə edərək orijinal Azərbaycan mətbəxinin seqmentlərindən birinə alternativ baxış sərgiləyir və ədviyyatdan heykəllər, konseptual qurğular, sənət əşyaları və s. hazırlayır. “Lavaşanaloji” həm ənənə, həm də yeni anlamların qurulmasıdır, və burada qədim reseptin yozumu sınaqlar sahəsinə çevrilir.
Lavaşanaloji
VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!