Andy Warhol – Pop-art dahisi

 Andy Warhol – Pop-art dahisi

Andy Warhol adı olmasa idi XX-ci əsr incəsənət tarixi solğun və kasad olardı. Bu rəssam, fotoqraf və dizaynerin əsərləri  çağdaşlarımızın çoxuna tanışdır, onun adı isə artıq epataj və qeyri-adiliyin sinoniminə çevrilib.

Andy Warhol (əsl adı – Andrew Warhola) 1928-ci ildə ABŞ-da slovakiyalı mühacilər ailəsində doğulub. Adını atası Andreyin şərəfinə alıb, lakin amerikanlaşmış variantda. Ən məşhur müasir incəsənət nümayəndələrindən biri olan Warholun damarlarında slavyan qanı axırdı. Ola bilsin ki, məhz bu konservativ Amerikanı bu cür epatasiya edən rəssamın həyata və incəsənətə özünəməxsus baxışın formalaşmasında müəyyən rol oynamışdır.

Andrew olduqca zəif və xəstə uşaq olub, tez-tez dərsləri buraxarmış. Buna görə də vaxtının böyük hissəsini özünə həsr edirdi.

Artıq yeniyetmə yaşlarında Andrew təsviri incəsənətə və fotoqrafiyaya böyük maraq bəsləyirdi. İlk kollajlarını Warhol məhz bu dönəmdə yaradır. Bunun üçün o, populyar ulduzların təsvir edildiyi qəzet və jurnal parçalarında istifadə edib. Doqquz yaşından Andy rəssamlıq dərnəklərinə getməyə başlayır və qəti qərara gəlir ki, öz həyatını incəsənətə həsr edəcək.

Yaradıcı fəaliyyətin başlanğıcı

Tələbəlik illərini Warhol texnoloji institutda qrafik dizayn öyrənərək keçirir. 1949-cu ildə diplomun əldə edilməsi rəssamın karyerasında başlanğıc nöqtəsi oldu. Yeni addımlar atan ustad vaxt itirmədən dünyanın yaradıcı intelligensiyanın mərkəzi saydığı Nyu-Yorka köçür.

Onun peşəkar həyatı simvolik addımdan başlayır – dahi rəssam adını dəyişir. Məhz o zaman qeybə çəkilən Andrew  Warhola adlı kəndli gəncin yerinə “səhnədə” Andy Warhol peyda olur. Onun ilk işi reklam biznesi ilə bağlı olur. Gənc rəssam fəal şəkildə reklam elanları üçün lazım olan illüstrasiyaların üzərində işləyirdi. Qısa zamanda istedadlı rəssam peşəkar məşhurluq və təsdiq qazandı – iri şirkətlər və məşhur brendlər onunla əməkdaşlıq etməyə başladı.

Warholu “Vogue”  və “Harpers Bazaar” kimi nəhənglər Warholu işləməyə dəvət etdikdən sonra onun xidmətləri böyük populyarlıq qazanır.

Özünəməxsus üslubun yaranması

Artıq o dönəmdə Andy Warhol fəal şəkildə öz “dəst-xəttinin” yaranması üzərində işləyirdi. Qısa zamanda bu üslub onun əsərlərini qeyri-adi və tanınan etdi. Rəssama xas fəndlərdən biri – çoxlu eyni fotolara malik trafaret kağızından istifadə etməsi olur.

Sonralar Warhol fəal şəkildə Marylin Monroedan tutmuş Mick Jaggerədək bir çox məşhurun fotoportretlərinin yaradılmasında bu metodikadan istifadə edir. Bu üslub tirajlı əsərlər yaratmağa, incəsənəti əlçatan etməyə və “konveyerləşdirməyə” imkan yaradırdı. Məhz trafaret ipək qrafiyası sayəsində Andy Warhol kommersiya pop-artı cərəyanının banisi qismində addımlamağa başlayır.

Konserv bankası

Onun ən tanınan təsvirləri qismində məşhur konserv bankalarının təsvirlərini qeyd etmək olar. Bu kollajda ilk təsvir “Campbell”  adlı pomidor şorbası ticarət markasının etiketinə aiddir.

İlk zamanlar bu təsvirlər əl ilə çəkilmiş idi, sonra isə Warhol onların yaradılması üçün sevimli trafaret texnologiyasını istifadə etməyə başlayır.

Belə sadə və bayağı süjet müəllifə inanılmaz populyarlıq gətirir. Şəkillər o qədər də baha deyildi. Warholun özü tirajlanmış əsərlərini yüz dollara satırdı. Lakin rəssamın ölümündən sonra onun sevimli şorbasının konserv bankasının əks etdirən şəkli 24 milyon dollara satılaraq müasir incəsənətin ən bahalı əsərlərindən birinə çevrilir.

Fotoəsərlər

Andy Warholun fotoincəsənətə dərin sevgi bəsləməsinə və yaradıcılıq fəaliyyətində onun üslublarından geniş şəkildə istifadə etməsinə baxmayaraq, Warhol-fotoqrafçı, incəsənətin digər sahələrindəki kimi məşhur deyil.

Buna baxmayaraq, Andy fotoincəsənətindədə möhtəşəm uğurlara imza atmağı bacarır. Fotoqrafiyanın bütün janrlarından Warhol portret çəkilişinə üstünlük verirdi.

Mike Tyson, Liza Minelli, John Lennon, Rudolf Nuriyev, Arnold Schwarzenegger və bir çox məşhur şəxsiyyətlər Warhola poz verməyi özlərinə şərəf bilirdilər.

Warholun portretlərinin özünəməxsus stili iri planla üzə aksent verməkdən və neytral işıqlı fonun üstünlük təşkil etməsindən ibarət idi. Endinin heç bir spesifik üslublardan və ya mürəkkəb fəndlərdən istifadə etməməsinə baxmayaraq, o fotoda lazım olan anı elə ustalıqla “tuturdu” ki, əlavə incəliyə ehtiyac qalmırdı.

Warhola böyük gəliri özünəməxsus kollajlardan ibarət fotoçəkilişlər gətirir. Bu sahədə onun ən məşhur əl işi Marylin Monroe-nun potreti olur. Rəssamın bir çox müştərisi bu stildə öz təsvirini arzulayırdı.

Avtoportretlər və daha nələr

Endi Uorhol orijinal yaradıcı şəxsiyyətini qrimdə fotoqrafik avtoportretlərin yaradılması vasitəsi ilə maraqlı tərzdə özünüifadəsinin yolunu tapır. Endi özünü fərqli, xüsusən də qadın obrazlarında çəkməyi çox xoşlayırdı.

Rəssam makiyaj və parikləri diqqətli şəkildə seçər, fərqli saç düzümü yaradardı və bunun sayəsində onun portretləri aktyor oyununa çevrilirdi – Andy tamamilə başqa insan olurdu.

Bundan əlavə, Warhol mənzərə və əşya fotoçəkilişinə də önəm verirdi. Onun bu sahədəki əsərlərinin əksəriyyəti kütləyə tanış deyil. Onları nadir halda sərgilərdə nümayiş etdirirlər.

Lakin bu Warholun istedada malik olmaması ilə bağlı deyil. Tam əksinə: onun yaradıcılığı o qədər geniş və çoxşaxəlidir ki, diqqətli araşdırılma və öyrənilmə tələb edir.

Andy Warhol 1987-ci ildə vəfat edib. Lakin ölümündən sonra onun populyarlığı daha da artır, rəssam və fotoqrafın adı kulta dönüşür. İncəsənəti hamıya anlaşılan və əlçatan edərək o, dünya şöhrəti qazanmağa nail olur və əbədi olaraq pop-art və XX-ci əsrin ikinci yarısının incəsənəti lideri statusunun sahibi olur.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

1 Comment

  • Yazını çox bəyəndim. Lakin bir şey bildirim ki roma rəqəmi ilə yazılanda cı(ci,cu,cü) şəkilçilərinə ehtiyac yoxdu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir