Çernobılın izləri ilə – Qiyamətdən sonra araşdırma

 Çernobılın izləri ilə – Qiyamətdən sonra araşdırma

“Adrenalin dozasının radiasiya dozasından daha mühüm olan…canlı və inandırıcı film”

“Beyond Nuclear İnternational” şəbəkəsi

“Çernobıl bir narkotikdir” – Çernobıl stalkeri (əlçatmaz və təhlükəli yerləri araşdıran şəxs) 

“Çernobılın izləri ilə: Qiyamətdən sonra araşdırma” (2020) – “Cultures of Resistance Films” şirkətinin təqdim etdiyi maraqlı sənədli filmdir. Bu film izləyicilərə dünyada ən dəhşətli nüvə fəlakətinin baş verməsindən 30 il sonra Çernobıl çıxış zonasının ətrafında formalaşan gizli mədəniyyət haqqında təkrarolunmaz hekayə təqdim edir.

Ukraynanın ən əsas turistik istiqamətinə çevrilən “Zona”nı dövlət tərəfindən icazə verilmiş saysız-hesabsız turlarla yanaşı, “qara” səyahətçilər, “stalker” kimi tanınan şəhərli araşdırmaçılar, həmçinin ekstremal idman növləri həvəskarları, fəlakət axtarışında olan turistlər, rəssamlar və yeraltı turoperatorlar ziyarət edir. Onların bir çoxu sirrli və xəyali qiyamətsonrası mənzərəni araşdırmaq üçün dövlət tərəfindən qoyulan qadağaları pozur, nəzarət-keçid məntəqələrindən və mühafizəçilərdən yayınır.

“Mən bu filmi gəncləri cəlb etmək ümidi ilə ərsəyə gətirdim. Göstərmək istəyirdim ki, ilk baxışdan sərgüzəşt və araşdırma haqqında olan film daha dərin müzakirələrə yol aça bilər. Bu müzakirələr qiyamətsonrası (postapokaliptik) turizm çərçivələrinə sığmır və bizi nüvə enerjisinin istifadəsinin nə qədər məntiqəuyğun olması və porblemlərimizin yüksək texnoloji həll axtarışlarının gözlənilməz fəsadları haqda suallar verməyə vadar edir. Film çəkməyə başladıqdan bu mövzuları mənim yaradacılığımda sezmək olar”, – deyə filmin rejissoru Iara Lee qeyd edir.

FİLMİN REJİSSORU / CULTURES OF RESISTANCE FILMS HAQDA

Koreya kökənli braziliyalı Iara Lee (Yara Li) ictimai fəal, rejissor, həmçinin yaradıcı qarşıdurma və zorakı olmayan hərəkətlər vasitəsi ilə daha ədalətli və müharibəsiz dünyanın bərqərar olması naminə qlobal həmrəyliyi təşviq edən, aqitatorları, tədrisçiləri, fermerləri və rəssamları birləşdirən və dəstəkləyən “Cultures of Resistance” şəbəkəsinin təsisçisi/direktorudur. Son dekada (onillik) ərzində Iara Lee rejissor qismində bir sıra tammetrajlı və onlarla qısametrajlı filmlər çəkib/prodüserliyini edib. Lee diqqətini əsasən Yaxşın Şərq və Afrikada KİV-lər tərəfindən işıqlandırılmayan mövzular üzərində cəmləşdirir. O, Əfqanıstan, Fələstin, Birma, Şimali Saharada yerləşən qaçqın düşərgələrində baş verən gündəlik mücadələləri lentə alır. O, 2010-cu ildə İsrail hərbçiləri tərəfindən ən azı doqquz nəfərin qətlə yetirildiyi və onlarla insanın yaralandığı məşhur “Azadlıq Donanmasını” lentə almağa nail olur. Onun filmləri Berlinale və Sundance kimi mötəbər tədbirlərlə yanaşı qaçqın düşərgələrində dünyanın müxtəlif yerlərində nümayiş etdirilib.

Azərbaycan dilində altyazı Yarat tərəfindən təmin edilmişdir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir