Ə-ni yenidən möhtəşəm et!

“Central Saint Martins” universitetində incəsənət magistri olmuş, Təxəyyülün Yaradıcı Sənayelərdə Tətbiqi ixtisası məzunu, Dostoyevski və Beyonsenin fanatı, Bakının qiymətli oğlanı – Salim Atakişiyev.

 

O, “ə” ilə bənzərsiz hesab etdiyi məhsullar yaratdı. Baxmayaraq ki, səs olaraq ə hərfi bir neçə dildə var, yazılı olaraq yalnız dilimizdə rast gəlinir.

 

Dizayner olan dostu Elturan ilə birlikdə hazırladığı dizaynların ideyası bir neçə şriftdə “ə” olmaması ilə birlikdə “ə” hərfinin mənşəyini ifadə edir. Sistem hərfi qəbul etmir, çünki “ə” üçün yeni, müasir və yalançı dövr olan “Off-Ə” vəziyyəti yaradır.

 

O,  “Ə-ni yenidən möhtəşəm etmək” məqsədli bu layihəni inkişaf etdirmək üçün VarYox vasitəsilə, fərqli sənət adamları ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır.

 

 

Yeri gəlmişkən, “Off-Ə” dizaynlı köynəkləri və VarYox-un bəzi məhsullarını noyabrın 9-da Bazardüzü yarmarkasında əldə edə bilərsiniz!

Bunlar da xoşunuza gələ bilər