Goethe-Zentrum Bakı və Yevangelist Lüteran Kilsəsi 31.10.2019-cu il tarixində Matthias Hankenin ifasında orqan konsertini təqdim edir!
Matthias Hanke – Vürtemberq Yevangelist Regional kilsənin musiqi rəhbəridir. 14 yaşından Matthias Hanke Kelheim şəhərində kilsə və trombon xorunun rəhbərliyini öz üzərinə götürmüş və həmçinin üç müxtəlif məkanda orqan musiqisi sahəsində çalışır. Orta məktəbi bitirməmiş orqan ifası ixtisasından D və C imtahanını verdi. Matthias Hanke Bayroyt və Münxendə musiqi pedaqogikası və kilsə musiqisi üzrə təhsilini bitirdikdən sonra, Münxendə yerləşən korlar üçün Bavariya Dövlət Məktəbində peşəkar musiqi təhsili üzrə rəhbər seçilmişdir. O, 01 aprel 2016-cı ildə Vürtemberq Yevangelist Kilsədə Regional Kilsə Musiqi rəhbəri vəzifəsinin icrasına başladı (LKMD) və beləliklə Regional Kilsə musiqi rəhbəri (LKMD) Bernhard Reich-ın
davamçısı oldu. Hanke öz ansamblı ilə mütəmadi olaraq Braziliya, Cənubi Afrika, İtaliya, Polşa, Çexiya, Fransa, İspaniya, Latviya, Rusiya və digər ölkələrdə konsert proqramları ilə çıxış etmişdir.
Cümə axşamı, 31 oktyabr, 19:00
Məkan: Kamera və Orqan Musiqisi Zalı ( Kirxa)
Ünvan: 28 May küç. 41
Giriş sərbəstdir!