“Qız Qalası. Qadın Olmaq – Qadınlar Sülh uğrunda” adlı Beynəlxalq Müasir İncəsənət Festivalı başlayır

 “Qız Qalası. Qadın Olmaq – Qadınlar Sülh uğrunda” adlı Beynəlxalq Müasir İncəsənət Festivalı başlayır

Latviyanın Azərbaycandakı Səfirliyi və Avropa İttifaqı Nümayəndəliyinin birgə əməkdaşlığı ilə 16-24 noyabr 2020-ci il tarixlərində “Qız Qalası. Qadın olmaq – Qadınlar Sülh uğrunda” adlı beynəlxalq müasir incəsənət festivalı təşkil edilir.

Builki festival qadınların sülh üçün qərar qəbul etmə prosselərində ədalətli şəkildə təmsil olunmalarını vurğulayan BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı qətnaməsinə həsr edilib. Festivalın əsas mövzusu “Qadınlar Sülh uğrunda”-dır. Festival beynəlxalq ekspertləri bir araya gətirəcək və onlara COVID-19 pandemiyası dövrü, eləcə də qadınların həyatında müharibənin təsirlərinin, məişət zorakılığının müasir incəsənət vasitəsi ilə aradan qaldırılması üzrə təcrübələrini bölüşməyə şərait yaradacaq.

Layihə proqramına müasir incəsənət kontekstində müxtəlif səpkili sərgilər, konsertlər, konfranslar, təqdimatlar və film nümayişləri daxildir. Bu elementlərin hər biri incəsənət və mədəniyyət vasitəsi ilə sosial inteqrasiyanın təbliğatı və gücləndirilməsi üçün yeni strategiyada bir özül  kimi qəbul edilə bilər.

“Qız Qalası. Qadın olmaq” beynəlxalq müasir incəsənət festivalına ilk dəfə 2009-cu ildə Bakıda Əməkdar İncəsənət xadimi Səbinə Şıxlinskaya tərəfindən təşəbbüs göstərilmişdir. Bu, Azərbaycanda müasir incəsənət vasitəsilə gender bərabərliyi mövzusunda ilk birgə təqdimat işi idi. Bir il sonra, yəni 2010-cu ildə “Qadın Olmaq” adlı eyni mövzu “İstanbul-Avropa Mədəniyyətinin Paytaxtı 2010” çərçivəsində “Openly” sərgi layihəsində təqdim olunmuşdur. “Qız Qalası. Qadın Olmaq” layihəsinə kuratorluq edən Səbinə Şıxlinskaya 10 ildən sonra yenidən gender bərabərliyi ilə əlaqədar hələ də gündəmdə qalan sualları bu layihə vasitəsilə vurğulayır. Festival sonuncu dəfə 2019-cu ildə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyin dəstəyi ilə təşkil ounmuşdur və böyük əhəmiyyət kəsb etmişdir.

Festivalın adı Bakının əsas görməli yeri və simvolu hesab edilən, haqqında çoxlu əfsanələr və sirlər dolaşan Qız Qalasının adından götürülüb. Adın mənası ilə bağlı daha çox irəli sürülən fikir onun “Qız” sözü ilə əlaqədardır ki, bu da qadınlar mövzusunda bakirə – “Virqo” qalası mənasını daşıyır. Mövzunun konteksti müxtəlif hekayələrlə əhatələnsə də, əsas və aparıcı mövzu kişilər tərəfindən qadınlara qarşı göstərilən mənəvi və fiziki zorakılıq, bu səbəbdən qadınların yaşadığı faciələrdir. Şərqdəki qadının təsviri zəif və öz haqqlarını müdafiə edə bilməyən varlıq kimi verilir. O, öz azadlığı uğurunda yalnız bir mümkün həll yolu ilə mübarizə aparır, bu da faciəli sonluğa aparan ölümdür. Bu, həm də bir növ ideoloji stereotipdir və regionda gender bərabərliyi mövzusuna dair yanlış üstünlüklər yaradır. Tarixçilər və tədqiqatçılar şəhərin əsas qalası olan “Qız Qalası”nın adının onun alınmaz olduğuna görə bakirə mənası daşıdığını düşünürlər, çünki qala öz əlverişli yerləşməsinə görə heç bir düşmən tərəfindən alına bilməmişdir. “Qız Qalası” bir tərəfdən Xəzər dənizi, digər tərəfdən isə şəhər qala divarları ilə əhatələnmişdir ki, bu da onu əlçatmaz etmişdir.

Latviya Səfirliyi bu layihəyə Avropa İttifaqının Bakıdakı Nümayəndəliyi ilə birgə əməkdaşlıqla və Belçika, Çex Respublikası, Estoniya, Macarıstan, Litva, Rumuniya, Slovakiya, İsveç Səfirlikləri və Azərbaycanın aparıcı incəsənət və mədəniyyət təşkilatları və qurumları ilə birgə tərəfdaşlıqla rəhbərlik edir.

Festivalın iştirakçıları Azərbaycan və Latviyadan, eləcə də Avstriya, Belçika, Çex Respublikası, Estoniya, Almaniya, Macarıstan, Norveç, Rumuniya, Slovakiya və İsveçdən olan film direktorları, muzey mütəxəssisləri, ədiblər, kuratorlar və incəsənət sahəsindəki tənqidçilər, rəssamlar və incəsənət fəallarından ibarətdir.

Festivalın bütün tədbirləri bu linklərdə öz əksini tapacaqdır:

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir