British Council və Sektoreight–in birgə təşkilatçılığı ilə Birləşmiş Krallığın “Selector Live: women.sounds.waves” elektronik musiqi şousu Azərbaycana gəlir.
Selector Live – Böyük Britaniyadan ən səs-küylü musiqiçilərin canlı performansları ilə SelectorRadio layihəsinin səsini bütün dünyadakı musiqisevərlərə çatdırır. Selector dünyanın müxtəlif ölkələrindən olan auditoriya ilə daim dəyişən ingilis mədəniyyəti arasında körpü rolunu oynayır, Böyük Britaniyaya – Bristol, Belfast, Kardiff və Qlazqo kimi şəhərlərin mərkəzinə virtual səyahətə çıxarır.
Bu ilki yeni eklektik ruha malik canlı set – women.sound.waves, JAMZ SUPERNOVA (Selector Radio / UK), HOLLY LESTER (Duality Trax / UK), INHEROOM və DIHAJın müşayiətində müasir musiqidə Birləşmiş Krallıq və Azərbaycandan olan istedadlı qadınların musiqilərini bir məkanda birləşdirir və onların fəaliyyətini dəstəkləyir.
Liveset Pullman Bakuda (Tower Residence 1), saat 21.30-da, 21 Fevral 2020 tarixində baş tutacaq. 100 ədəd biletin iTicket onlayn platformasından alışı mümkün olacaq: https://bit.ly/37TOjmm . Qalan hissəsi isə saat 21.00-dan sonra məkanda əldə edilə bilər.
Bundan əlavə, British Council tərəfindən Tuğkan Mutlunun rəhbərliyi ilə iki günlük intensiv Selector PRO təlimi keçiriləcək. İştirakçılar təlimdə Ableton proqramı vasitəsilə professional şəkildə musiqi yaratmaq üçün faydalı məlumat və vasitələrlə təmin olunacaqlar. Təlimlər, qəlyanaltı daxil olmaqla, Yarat! Müasir İncəsənət Mərkəzində 20-21 Fevral tarixində, saat 12.00-dan 17.00-dək keçiriləcək. İştirakçıların Ableton kompüter proqram biliklərinin olması və şəxsi noutbuklarını özləri ilə gətirmələri vacibdir. Ableton, elektronik musiqi-rəqs hazırlamaq üçün intuitiv musiqi proqramıdır. Tuğkan Mutlunun iki günlük təlimini tamamlayan iştirakçılar, British Council Azərbaycanın ölkə üzrə rəhbəri cənab Summer Xia tərəfindən sertifikatla təltif olunacaqlar.
Eyni zamanda 21 Fevral, 19.00 tarixində, Pullman Baku-da, Jamz Supernova, xüsusilə DJ’lərə özəl iki saatlıq Selector PRO təliminə rəhbərlik edəcək.
Həm Jamz Supernova, həm də Tuğkan Mutlunun təlimlərinə verilmiş linkdə qeydiyyatdan keçə bilərsiniz: https://bit.ly/2UmsDv3
Təşkilati dəstəkçi Sektoreeight by iN, Bakı elektronik musiqi səhnəsində Ten Walls, Sound Button, Boiler Room və başqaları kimi digər mühüm musiqiçilərlə əməkdaşlıq edən aparıcı qurumdur. Tədbir rəsmi Selector Radio yayımçısı ASAN Radio və Yarat! Müasir İncəsənət Məkanının dəstəyilə həyata keçirilir.
Musiqi layihəmizin əsas hədəfi rəngarəngliyi və müxtəlifliyi ilə seçilən ingilis sənətkarlarını Bakıya gətirməkdir. Əvvəlki illərdə 30 ölkədə Actress, Ghostpoet, Max Cooper, Rosie Lowe, Kojey Radical, Gaika, Penelope Isles and the London Contemporary Orchestra kimi yenilikçi istedadlarla birlikdə çalışmışıq.
Azərbaycanda layihə ASAN Radio 100FM- də DJ BAZAUR tərəfindən təqdim edilir. DJ BAZAUR ingilis konsertlərindən ən yaxşı musiqi nümunələrini, eyni zamanda məlumatları seçir və paylaşır. ASAN Radio 2015-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində olan “ASAN xidmət” mərkəzi tərəfindən yaradılmış radiodur və onun fəaliyyəti ictimaiyyətin sosial və hüquqi məlumatlılığını artırmaq və digər radio stansiyaları kimi dinləyici auditoriyasını əyləndirmək və məlumatlandırmaq məqsədi daşıyır. Verilişin azərbaycan dilində aparıcısı DJ BAZAUR-dur. Selector radio şousunu ASAN 100FM-də və onlayn şəkildə dinləyə bilərsiniz.
Birləşmiş Krallığın ən aparıcı yeni nəsil DJ’lərindən biri olan JAMZ SUPERNOVA-nın (Selector Radio UK) öz incəsənətinə böyük sevgisi var. Nina Las Vegas, Toddla T, Diplo and Annie Mac kimi musiqiçilərdən ilham alaraq, Sonar, Parklife, Detonate, El Dorado, Nass, Farr, Lovebox, Beat Herder, Bestival, Ibiza Rocks and Lost & Found kimi məkanlarda öz musiqisilə səhnəni canlandırmışdır. JAMZ, Avropa musiqi mühitinə də yaxşı bələddir və Berlin, Lissabon, Kopenhagen, Budapeşt, Barselona, Porto, Paris, Amsterdam və Oslo kimi şəhərlərdə öz fəallığı ilə seçilib. O, eyni zamanda 2019-cu ildən Selector Radio proqramı çərçivəsində Birləşmiş Krallığı təmsil edir.
Əslən İrlandiyanın məşhur elektronik musiqi mərkəzindən olan Holly Lester (Duality Trax UK) qısa müddətdə Birləşmiş Krallıq elektronik musiqi səhnəsində ad qazana bilmişdir. Yalnız 2018-ci ilin son yarısında, Holly, Job Jobse və Mano Le Tough’la birlikdə Belfast şəhərinin AVA Festivalında debüt Boiler Room çıxışlarını həyata keçirməyə nail olmuşdur.
DİHAJ, 2014-cü ildə Bakıda yaradılmış elektronik musiqi layihələrindən biridir. Qrup üzvlərinin hər birinin fərqli musiqi keçmişi olduğundan, əsərləri olduqca eklektikdir. Buna görə də onlar heç vaxt öz musiqilərini hər hansısa xüsusi bir janra aid etməmişlər. “Sadəcə doğru hesab etdiyin musqini ifa et, şərh isə dinləyicilərə qalsın, elə deyil mi?”.
INHERROOM(Nəzrin M), musiqisi təcrübənin kəşfindən ibarət olan hərtərəfli sənətçidir. O, təsviri incəsənət, səs-dizaynı, ifaçılıq sənəti kimi müxtəlif üsulları öz musiqisində birləşdirir və digər bilik və elmlərlə qarşılıqlı dialoqda daha geniş elmlərarası anlayışı əhatə edir.
TUĞKAN MUTLU yaradıcı sahədə 10 ildən artıq təcrübəyə malik prodüser, promouter, ifaçı qrafik dizayner və müəllimdir. O, sizinlə öz əsərlərinizi yaratmaqda faydalı olacaq məsləhətlər paylaşacaq. Tuğkan dBs Bristol Musiqi Kollecində elektronik musiqi üzrə dərəcəyə sahibdir. O, bu vaxt çərçivəsində Avstraliya və Böyük Britaniyada DJ Chuckie, Nic Fanciulli, Rebuke kimi musiqiçilərlə eyni səhnəni bölüşmüşdür. Bristolun 1020 Radiosu və Mi Casa Su Casa’da daimi sakin olan Tuğkan, hal-hazırda dBs Music Kollecində çalışır. Bundan əlavə Saffron Records’da Ableton proqramı üzrə təlimlər həyata keçirir.