“Sjaella” vokal ansamblının konserti keçiriləcək

 “Sjaella” vokal ansamblının konserti keçiriləcək

Bakıda “Sjaella” alman vokal ansamblının konserti keçiriləcək. Bu haqda VarYox-a məlumatı Goethe-Zentrum Bakı verib.

Leypsiqdən olan beş müğənnidən ibarət “Sjaella” qrupu yarandığı 2005-ci ildən etibarən musiqi dəst-xətlərində yeni yollar axtarışındadır. “Sjæl” və “Själ” danimarka və isveç dillərindən götürülüb, mənası “könül”, “ruh” deməkdir.

2013 – cü ildə «Preisung» CD-sinə görə onlar nüfuzlu «Preis der Deutschen Schallplattenkritik» mükafatına layiq görülmüşdürlər. “Sjaella” qrupu Almaniyada və xarici ölkələrdə aktiv qastrol səfərlərində olur, MDR Musiksommer, Meraner Musikwochen, Amman Jazz Festivalı kimi musiqi festivallarında iştirak edirlər. Kollektiv dəfələrlə Tampereen Sävel Finnland,  Jugend kulturell, vokal.total Graz kimi beynəlxalq vokal musiqi müsabiqələrində yüksək yerlər tutmuşdur.

“Sjaella” qrupu aktiv humanitar fəaliyyətə cəlb olunmuşdur: 2016-cı ildə qızlar SOS təşkilatının səfiri təyin edildilər. 2017-ci ildə onlar Fələstin və İzrail torpaqlarına baş çəkərək konsertlər verdilər və seminarlar keçirdilər.
İki ay sonra isə Əmmandakı Goethe-İnstitutunun dəstəyi ilə (İordaniya) öz proqramlarını təkrar etdilər. Azərbaycanda Goethe-Zentrum Bakının dəstəyi ilə “Sjaella” qrupu 5 iyun, saat 19:30-da Kamera və Orqan Musiqisi zalında (Alman kilsəsi) pulsuz konsert verəcəkdir. Giriş sərbəstdir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər