taf LAB – 21 Fevral

 taf LAB – 21 Fevral

“taf LAB” komandası bu dəfə Moskva underground səhnəsinin 2 məşhur adını Bakıya dəvət edir.

Roma Ptashenko – Moskvada yaşayan dj və musiqi prodüseri. Roma musiqidən özünü ifadə, yeni dünyaların kəşfi və fərdlər arası münasibətlər üçün vasitə kimi istifadə edir. Onun setləri müxtəlif növ old school və müasir techno, electro, acid kimi müxtəlif janrları əhatə edir. Hector Oaks, Cem, MCMLXXXV kimi artistlərlə səhnə paylaşmış Roma həmçinin Volchok üzvüdür.

Nastya Tkacheva – Berlinin “Latitude of Attitude” komandasının üzvü, Moskva “Volchok” iştirakçısı. Nastya möhtəşəm musiqi zövqü ile Moskva underground səhnəsində özünü sübut etmişdir. O, old school breaks, electro ve house janrında, 80-90ların Manchester, Berlin reyv səslənməsi ilə paytaxt klublarında mütəmadi çıxış edir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir