Dağların arxasında: Cənubi Qafqazda Foto, I hissə.
Tbilisi Foto və Multimedia Muzeyinin başladığı layihə Cənubi Qafqaz bölgəsində çalışan rəssamları bir sərgi məkanında bir araya gətirir.
Sərgi müxtəlif janrlarda – sənədli və fotojurnalistikadan tutmuş müasir incəsənət və foto arasında duran sənət layihələrinə qədər 20-dən çox layihəni birləşdirir. Multimedia, video və film layihələri də nümayişin bir hissəsi olacaq.
Sərgi Cənubi Qafqazdakı İsveçrə Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən Təhsil və İnnovasiya üçün Cənubi Qafqazda Foto Məkan layihəsi çərçivəsində həyata keçirilir.
Layihə, Qafqaz bölgəsində çalışan, problemli mövzuları işıqlandıran müəlliflər arasında dialoqa təkan vermək niyyətindədir. Müəlliflərin toxunduğu əsas mövzulara müasir cəmiyyət və dəyişən ənənəvi dəyərlər, qadın hüquqları və maskulinlik; müasir münaqişələr və immiqrasiya; cəmiyyət tərəfindən rədd edilən və kənarlaşdırılan azlıqlar və s. daxildir. Bu bölgənin fərqli və qısa mənzərəsini yaratmaq cəhdidir.
Sərginin kuratoru müstəqil Belarus kuratoru Anna Şapkovadır.
Azərbaycanlı iştirakçıların siyahısı:
- RƏNA ƏFƏNDİ
- SİTARA İBRAHİMOVA
- İLKİN HÜSEYNOV
- LEYLİ QAFAROVA
- ZAMİR SÜLEYMANOV
- AQİL ABDULLAYEV
- EHTİRAM CƏBİ
- ELTURAN MƏMMƏDOV