Qarışıqlıqlarla dolu həyatımızda elə bir an gəlir ki, hər şey qaydasına düşür. “TurkuazStreet” Fotoqrafiya kollektivini qayğılandıran da yaşadıqları şəhərin xaosunda, qeyri-müəyyənliyində və gözlənilməzliyində belə məqamları izləmək və bölüşməkdir.
Deyirlər ki, fotoqrafiyaya yanaşmamız da həyata baxışımızı əks etdirir. Həqiqət qeyri-adi, sadə və mürəkkəb, eyni zamanda gözəl olacaq – biz fotoqrafiyaya bu inamla baxırıq.
Kollektiv eyni marağı paylaşan insanlardan ibarətdir. Hədəfləri Türkiyə küçələrində özlərini inkişaf etdirib bir-birini tanıtmaq, “Turquoise” baxışı ilə dostları üçün Türkiyədəki Küçə Fotoqrafiyasına istinad nöqtəsindən biri olmaqdır. “Turquoise” firuzəyi rəng kimi tərcümə olunur.
Yeri gəlmişkən, azərbaycanlı iki fotoqraf – Tural Rəhmanlı və Rəsul Quliyev də bu kollektivin üzvlərindəndir. Onlar da daxil olmaqla ümumilikdə 15 fotoqrafın əsərini yeni nəşr olunan “TurkuazStreet 2020” kitabından izləyə bilərsiniz. Kitabda kollektivin 8 il ərzində toplanmış 150 əsəri təqdim olunur.