UFAZ Tələbələrinin Layihələri

Xüsusi karantin şəraiti və izolyasiya günlərində gənclərin də evdə qalaraq müxtəlif yönlərdən yaradıcı və produktiv olması pozitivlik bəxş edir. UFAZ (Azərbaycan Fransız Universitetinin) bir qrup tələbəsi də 2 layihəyə start verib. Bunlardan biri Aylin Ələkbərli tərəfindən yaradılmış kreativ tələbələri birləşdirmək və təqdim etmək məqsədi daşıyan “Lucent” adlı layihədir. Hədəf kütləsi cavanlar və tələbələr olduğu üçün, jurnalın əsas mövzusu özünü-inkişaf və rifahdır. Cəmi olaraq 23 tələbənin kontribusiyası (məqalə, fotoqrafiya, şeir və incəsənət əsəri) var və redaksiya heyəti Nəzrin Mirzəyevanın liderliyi ilə 5 nəfərdən ibarətdir. Kontributorların əksəriyyətinin UFAZ tələbəsi olmasına baxmayaraq, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti və Azərbaycan Turizm və Menecement Universitetindən da istedadlı fotoqraflar var. Layihənin aylıq və ya illik olan bir jurnala çevrilməsi gözlənilmir, çünki həm çox vaxt, həm də çox effort tələb edir, lakin jurnalın əsas məqsədi karantin vəziyyətindən ən yaxşısını əldə etməkdir.

Digər bir təşəbbüs isə xəstə və yaralı ev heyvanlarına yardım etmək məqsədilə yaradılmış Animal Care Club-dur. Klubun fəaliyyətinə heyvan sığınacaqlarına qrup halında ziyarətlər, ekoloji layihələr və cəmiyyətdə heyvanlara qarşı mərhəmətli davranışın aşılanması yönündə maarifləndirmə işləri daxildir. Kurator və könüllülərdən təşkil olunan klub heyvanlara qarşı qəddarlığa etiraz etmək, canlıları qorumaq və gəncləri maarifləndirmək üçün bir araya gəlmişdir. ACC hər hansı sponsor dəstəyi altında fəaliyyət göstərmir, heyvanlar üçün ehtiyac duyulan bütün maddi vəsait təşkil olunan xeyriyyə tədbirləri və kompaniyaları vasitəsilə əldə edilir. Bundan əlavə klubun fəaliyyətini dəstəkləyən müxtəlif qurum və şəxslər də mövcuddur, bunlara Azərbaycan Fransız Universiteti, Fransanın sabiq səfiri Aureliya Buşe, İçərişəhər Qoruq İdarəsi, VarYox media qrupu və Cult Baku daxildir. Klub heyvanlara qarşı yönəlmiş zorakılığa qarşı mübarizədə eyni dəyərləri bölüşən şəxs və ya qurumlarla əməkdaşlıq etməyə həmişə hazırdır.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.