Vaqif Mustafazadə

Bu il görkəmli caz pianoçusu və bəstəkarı, Azərbaycan caz musiqisinin banilərindən biri olan Vaqif Mustafazadənin anadan olmasının 80 illik yubileyidir. Caz-muğam üslubunun banisi, orijinal ifaçılıq tərzi ilə seçilən Mustafazadə Azərbaycan muğamlarını ənənəvi Amerikan caz musiqisi ilə birləşdirərək ilk dəfə muğam və cazın sintezini edib. Vaqif Mustafazadə bir çox beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olub. Onun əsərləri və ifası Willis Conover və B.B. King (Riley B. King) kimi beynəlxalq miqyasda tanınan aparıcı musiqiçilər tərəfindən də tanınır və bəyənilirdi. B.B. King Mustafazadə ilə eyni səhnəni bölüşəndə, onun blues piano çaldığını eşidir və heç kimin onun kimi ifa edə bilməyəcəyini söyləyir. Vaqif isə cavabında “İnsanlar məni blues kralı adlandırırlar, amma mən sənin kimi piano çala bilsəydim, özümü Tanrı adlandırardım” deyir.

Mustafazadənin yubileyi üçün bu il bir çox maraqlı tədbirlər və konsertlər planlaşdırılırdı. Təəssüf ki, müəyyən səbəblərdən bu planlar bir müddət təxirə salındı. Lakin layihələrin bir hissəsinin həyata keçirilməsinə Vaqif Mustafazadənin Ev Muzeyinin direktoru, Vaqif Mustafazadə Fondunun direktoru, sözügedən layihənin rəhbəri Afaq  Əliyevanın dəstəyi ilə nail olmaq mümkün oldu. Azərbaycan və Amerika arasında Dostlar Mədəniyyət Fondunun prezidenti Cəmilə Cavadova-Spitzberg’in sayəsində işıq üzü görən JAZZ HOUR albomuna Willis Conover və Vaqif Mustafazadənin birgə ifa etdiyi əsərlər daxildir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir