Hilal Baydarovun filmi iki mükafata layiq görülüb

Rejissor Hilal Baydarovun “Xurmalar Yetişən Vaxt” filmi, İsveçrənin Visions Du Reel film festivalında iki mükafata layiq görülüb: ‘PRIX INTERRELIGIEUX’‘MENTION SPÉCIALE JURY COMPÉTITION INTERNATIONALE LONGS MÉTRAGES’

 

Daha əvvəl rejissorun “Ad Günü” filmi Belçikanın Bridge Film Festivalında, “Adsız Yüksəkliklər” filmi isə Almaniyanın Cottbus Film Festivalında göstərilmişdi.

“Xurmalar Yetişən Vaxt” filmi nədən bəhs edir?

 

Rejissor Hilal Baydarovun filmində vaxtı tənzimləyən əsas amil hələ də torpaqdır. Hər yay olduğu kimi Baydarov və qardaşı, ata evində tək qalmış analarına baş çəkməyə gedirlər. Xurmanın yetişən vaxtlarıdır. Bu mövsümdə kənddə yaşayan insanlar məhsulun yığımı, hazırlanması və saxlanması üçün bir araya gəlir. Rejissorun ailəsi üçün xoşbəxt bir gün olsa da, mövsüm sona çatanda ana yenidən öz təkliyi ilə baş-başa qalacaq.

Jestlərdən, hərəkətlərdən təsirlənən Baydarov, günbəgün sevdiklərinin bədənlərini sanki əzəmətli bir xareoqrafiya nümunəsi kimi öz kamerasının obyektivinə alır.

Beləliklə evini, ailəsini və yaşadığı yeri tərk etməyin kədərli hissiyyatını özündə ehtiva edən səmimiyyəti çatdırır tamaşaçıya.

“Xurmalar Yetişən Vaxt” kənd həyatının poetik təsviri ilə güclü ana portreti arasında yer tutur özünə.

Film hər hansısa bir kateqoriyalaşma cəhdindən qaçır və səmimiyyətin gözəlliyini qaydaları rolunu oynayır. Baydarov beləcə kəndə qayıdış və kənddə yazın donmuş bir dövrünü çatıdırır tamaşaçıya.

Məlumatlar

Rejissor: Hilal Baydarov

 

Janr: Sənədli film

 

Müddət: 118 dəqiqə

 

Ölkə: Azərbaycan, Avstriya

 

Film istehsalı: Hilal Baydarov (Ucqar Film)

Georg Tiller  (Subobscura Films)

Maéva Ranaivojaona  (Subobscura Films)

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir