Nicat Məmmədov: Zombi və Vampir
ZOMBİ VƏ VAMPİR: BİPOLYAR-AFFEKTİV POZĞUNLUQ
Son zamanların müşahidələri məndə bir tərəfdən, iki horror movie qəhrəmanları – zombi və vampir arasında, digər tərəfdən isə, bipolyar-affektiv pozğunluqda (maniyakal-depressiv psixoz) özünü daha aydın büruzə verən, psixikanın iki əks tərəfdə yerləşən qütbü arasında müəyyən analoji bağın olmasında əminlik yaratdı. Həm yazan, həm də peşəkar tibbi cəmiyyət tərəfindən barəmdə şizofrenik spektr pozğunluğu diaqnozu qoyulan bir insan kimi, mən daxilən, fenomenoloji tərzdə, depressiv fazada zombi, hipomaniyakal fazada isə vampir olmanın təfərrüatlarını izah edə bilərəm. Mobil norma, yəni insan olmaq isə bu iki vəziyyətin arasında yerləşir.
ZOMBİ: DEPRESSİV FAZA
Mən ölüyəm. Ləmsəm. Beynim yoxdur. Ətrafımda hər şey bozdur. Lakin mən bozun çalarlarını ayırd edə bilmirəm. Kədər. Mən malam. Yox, daha doğrusu canlı deyiləm. Dünya hardasa, üfüqün o biri tərəfindədir. Bu dünya olub, lakin mən ona heç vaxt çata bilməyəcəm. Yəqin bu cəhənnəmdir. Özümü nəyə aid edəcəyimi bilmirəm. Hər şey necə də yastıdır. Mənim və dünyanın içindən hansısa həyati vaciblik kəsb edən bir hissəni çıxarıblar. Biz qansız qalmışıq. Heç nəyə qadir deyiləm. Yalnız yeyə və yata bilirəm. Hətta ayaqyoluna getmək istəmirəm. Mən ət parçasıyam. Ölü doğulmuş bir ət parçası. İçindən soxulcanlar çıxan ət parçası. Nəcis lompası. Elə özüm də soxulcanam. Tıxmaq, tıxmaq, tıxmaq. Tıxmaq və sıçmaq, sıçmaq və yatmaq. Sürət – budur ehtiyacım olan şey. Yavaş-yavaş poxa çevrilirəm. Sonadək ölə bilmirəm. Bu dəhşətli cəzadır. Mən öz içimdə qapalıyam. Səsimi dünyaya çatdıra bilmirəm. Çatdırsam belə, məni eşidən olmayacaq, eşitsələr belə, kömək edə bilməyəcəklər. Mən yenidən dirilə bilməyəcəm. Dirilsəm də, cəhənnəmdə diriləcəm. Amma mən yenə də cəhənnəmdəyəm. Cəhənnəm – mənanın yoxluğu, kədərin mühüm, nəyəsə aparan bir şey olmamasıdır. Bu vəziyyət əbədi olaraq sürəcək. Mən düşürəm, lakin ayaqlarım yerə dəymir. Başım, gözlərim, əllərim, ayaqlarım, ürəyim, cinsiyyət orqanım belə ölüdür. Onlar heç vaxt canlanmayacaq. Ətrafım məzarlıqdır. Mən bu məzarlıqda yaşayıram. Burda ölürəm. Lakin bu məzarın hansısa “daxili” yoxdur. Hər addım böyük güc tələb edir. Sözlər məni tərk edib. Əlimdən yalnız mələmək gəlir. Rənglər məni tərk edib. Yalnız boz görürəm. Mən səslər eşidirəm, lakin onlar mənasızdır. Elə özüm də əhəmiyyətsizəm. Bədənimin hissələri qopur. Özüm belə özümdən qopmuşam. Mən tam bir bağırsağam. İçalatım yoxdur. Eybəcərəm. Özümü güzgüdə gördükdə, üzümü dağıtmağa hətta əlim qalxmır. Gərək məni bu çevrilmə başlayanda öldürərdilər. Pəncərədən atılsam, qorxuram ki, ölməyəcəm, əksinə, qalxıb sadalamağa davam edəcəm. Mən yox, çürümüş bədənim qalxacaq. Mənim mənliyim də çürüyüb. Nə mənliyimi, nə də bədənimi hiss edirəm. Mən eybəcər və itələyiciyəm, hamı məndən yan gəzir. Dünya məndən yan gəzir. O qədər iradəsizəm ki, dünyanın bir hissəsi belə ola bilməyəcəm. Nə vaxtsa özümü idarə edə bildiyimi, güclə xatırlayıram. İndi isə, yiyəsiz, sadəcə iylənir və çürüyürəm. Çürüyürəm, dağılıram və sürünürəm. Mənim sürünməyim məqsədsizdir, çünki heç bir “qarşıda” yoxdur. Hətta küçə itlərini tıxa bilərəm, çünki mənim üçün heç nə əhəmiyyət kəsb etmir. Mən küçə itlərinə bədənimi yeməyə icazə verə bilərəm, çünki orada mənliyim yoxdur. Mən hətta ağrını belə hiss etmirəm. Özümə, keçmişdə ağrı hiss etdiyim barədə sual da verə bilmirəm. Keçmişimin olub-olmamasını belə xatırlamıram. Heç vaxt insan olmamışam. Məni partladın, ölməyə imkan verin. Özümün və ətraf dünyanın mənasızlığından istirahət etmək istəyirəm. Heç bir şey hiss etməmək. Heç nə hiss etmədiyimi hiss etməmək. Tam və dəyişilməz ölüm. Üzüm yerə doğru axır. Əlimi qaldıra, ayaqlarımın yerini dəyişə bilmirəm. Bu mənim əllərim, ayaqlarım, üzüm deyil. Fikirlər məni tərk edib. Eyni şeyi təkrar edirəm. Beyin yerinə başımda, soxulcanla dolu pox lompası var. Soxulcanlar başımda tərpənir, mən isə eyni şeyi təkrarlayıram.
VAMPİR: HİPOMANİYAKAL FAZA
Mən ölümsüzəm, gəncəm, yaraşıqlıyam və valehediciyəm. Ey, əzizim, şəkər istəyirsən? Ha-ha… I’m so cool. Yeah. Mən dünyanı idarə edirəm, çünki onun mərkəziyəm. Ətrafımda nə qədər məna var! Əşyalar və maddələr ayrı məna kəsb edir, yalnız mənə istinad edir. Hər bir əşyanın, hadisənin və insanın mahiyyətinə vara bilərəm. Baxın görün necə də zoram… Fikirlər başımda işıq sürəti ilə gəzir. Hər şeyə qadirəm. Hər bir söhbətə gedib, ordan qalib çıxa bilərəm. Heç güc sərf etməyə ehtiyacım yoxdur, çünki onsuz da qalibəm. Hər şey mənim ətrafımda fırlanır. Mən dahiyəm. Zəkalıyam, yalnız bomba lətifələr və şeylər danışıram. Mən hətta daşı yoldan çıxara bilərəm. Roman yazsam, o bestseller olacaq. Əlbəttə ki, kütbeyin oxucu mənim fitri dahiliyimi anlayacağı təqdirdə. Yuxuya, qidaya, soyuqdan qorunmağa ehtiyacım yoxdur. Mən fövqəlinsan dərəcəsində qüvvətli və cəlbediciyəm. İnsanlar özləri mənə tərəf gəlir, sözlərimdən tükənirlər. Birini tükədəndən sonra, başqasına keçirəm. Dünya yalnız mənim üçün mövcuddur. Mən sizin ağanızam! Sizə istədiyimi edə bilərəm. Yaxşı, gedin yanımdan, özüm özümə kifayət edirəm. Tənhalıqda gülüb rəqs edə bilirəm. Mənim hər bir hərəkət və sözlərimdə saysız-hesabsız dünyalar yetişir. Ey, insancıqlar, siz məni başa düşə bilməzsiniz. Ha-ha. Gitarada istənilən akkordu tutsam, kainatın musiqisi olar. Mən tükənməzəm. Kitab oxumağa ehtiyacım yoxdur, çünki tərkibini öncədən bilirəm. Küçələrdə gəzəndə, hamı mənə baxır və feyziyab olur. Adicə xarici görünüşümdən nə qədər zor və qeyri-adi olduğumu anlaya bilərsiniz. Rahatlıqla insanların gözünün içinə baxıram. Arxaya baxmıram. İçimdən ideyalar fışqırır və onların hər biri milyonlara dəyər, yox, hər biri qiymətsizdir. Hehey! Öyrənmədən ingilis dilini bilirəm. Bütün dünyanı piyada gəzə bilərəm. Ölümsüzəm və heç vaxt ölməyəcəm. Səhərədək sekslə məşğul ola bilərəm. Başıma gələn hər bir şeyi xırda detalınadək xatırlayıram. Dünyanı daha yaxşı, məna və çalar baxımından zəngin edən mənəm. Hər şey mənim əşyalara baxışımdan asılıdır. Mənim anladığımı anlamaq iqtidarında deyilsiniz. Mən zoram. Sizə diqqət yetirdiyimə görə sevinin. Danışmaya bilərsiniz, çünki nə deyəcəyinizi bilirəm. Sizin fikirlərinizi oxuyuram, içinizi görürəm. Nəzərim sərt və xoşdur, daşı da əridər. Mən müxtəlif arzular tuturam və onlar çin olur. Mənə düşünmək, xatırlamaq və təcrübəyə əsaslanmaq gərək deyil: əşyalar və insanlar, xəbərləri olmadan, necə addım atmağı və nə deməyi mənə göstərirlər. Şeir yazmağıma lüzum yoxdur, çünki danışdığım şeirdir. Və hər sətrində məna dəryası var. Təkrarlansam belə, bu nə isə başqa mənaya gəlir. Hamı mənə hörmət edir, salamlayır və ilahiləşdirir. Çünki mən ən ağıllı və təkrarsızam. Özüm kimini heç vaxt, heç yerdə tapa bilməyəcəm. Aranızda gəzdiyim, sizə nəzər saldığım üçün sevinin. Yalnız mən tərifə layiqəm. Bədahətən yeni sözlər ixtira edirəm. Heç kim musiqini mənim qədər dərindən hiss etmir. Mən musiqinin özüyəm. Mənə qulaq asıb keyf alın. Ha-ha… Yeah, baby, fuck!!!
ЗОМБИ И ВАМПИР: БИПОЛЯРНО-АФФЕКТИВНОЕ РАССТРОЙСТВО
Наблюдения последнего времени убедили меня в существовании определенной аналогической связи между двумя фигурами horror movie – зомби и вампиром с одной стороны, а с другой – двумя противоположными полюсами психики, особенно ярко проявляющимися при биполярно-аффективном расстройстве (маниакально-депрессивный психоз). Как человек пишущий и как человек, которому профессиональным медицинским сообществом поставлен соответствующий диагноз расстройства шизофренического спектра, я могу изнутри, феноменологически описать каково это быть зомби при депрессивной фазе, и быть вампиром при гипоманиакальной фазе. А подвижная норма – бытие человеком – располагается между двумя этими состояниями.
ЗОМБИ: ДЕПРЕССИВНАЯ ФАЗА
Я мертв. Я заторможен. У меня нет мозга. Всё вокруг серое. Но я не могу различать оттенков серого. Тоска. Я скотина. Нет, точнее, я неживой. Мир где-то по ту сторону горизонта. Он был, этот мир, но мне до него никогда не добраться. Наверное, это ад. Я не знаю к чему себя приложить. Всё такое плоское. Из меня и из мира вынули жизненно-важную часть. Мы обескровлены. Я ни на что не способен. Могу только есть и спать. Даже в туалет сходить не хочу. Я кусок мяса. Мертворожденный кусок мяса. Кусок мяса, из которого вылезают черви. Шмат говна. Я и сам червь. Жрать, жрать, жрать. Жрать и срать, срать и спать. Скорость – вот чего мне не хватает. Медленно-медленно превращаться в говно. Я не могу окончательно умереть. Это ужасное наказание. Я заперт внутри себя. Не могу докричаться до мира. Но даже если докричусь, меня не услышат, а если услышат, то не смогут помочь. Я не воскресну. А если воскресну, то в аду. Но я и так в аду. Ад – это отсутствие смысла, когда тоска не значит нечто большее, ни к чему не приводит. Это состояние продлится вечно. Я падаю, но не могу приземлиться. У меня мертвая голова, мертвые глаза, мертвый рот, руки, ноги, сердце, член. Они никогда не воскреснут. Всё вокруг – одна сплошная могила. Я живу в этой могиле. Я умираю в этой могиле. Но у этой могилы нет никакого «внутри». Каждый шаг дается огромным усилием. Слова покинули меня. Я могу только мычать. Краски покинули меня. Я вижу одно серое. Я слышу звуки, но они ничего не значат. Я и сам ничего не значу. Отваливаются части тела. Я и сам отвалился от себя. Я одна сплошная кишка. У меня нет внутренних органов. Я уродлив. Когда вижу себя в зеркале, даже рука не поднимается разбить себе лицо. Надо было убить меня, когда началось превращение. Если брошусь из окна, боюсь, что не умру, а встану и снова продолжу тупо ковылять. Встану не я, а мое гнилое тело. Мое я тоже сгнило. Я не ощущаю ни своего я, ни тела. Я уродлив и противен, все сторонятся меня. Мир сторонится меня. Я настолько безволен, что не могу стать частью мира. Я смутно припоминаю, что когда-то мог управлять собой. А теперь я без хозяина, тупо брожу и гнию. Гнию, разваливаюсь, ковыляю. Нет никакой цели моих ковыляний, потому что нет никакого «впереди». Я могу сожрать даже бездомных собак, потому что ничто для меня разницы не имеет. Я могу позволить этим же собакам сожрать мое тело, потому что в нем нет моего я. Я не испытываю даже боли. Я не могу задать себе вопрос – испытывал ли я боль в прошлом. Я не помню было ли у меня прошлое. Я никогда не был человеком. Взорвите меня, дайте умереть. Я хочу отдохнуть от бессмысленности себя и мира вокруг. Ничего не чувствовать. Не чувствовать, что я ничего не чувствую. Окончательная и бесповоротная смерть. Мое лицо течет вниз. Не могу поднять руки, переставить ноги. Это не мои руки, не мои ноги, не мое лицо. Мысли покинули меня. Я повторяю одно и то же. Вместо мозга у меня в голове шмат говна, из которого лезут черви. Черви шевелятся в голове и я повторяю одно и то же.
ВАМПИР: ГИПОМАНИАКАЛЬНАЯ ФАЗА
Я бессмертен, молод, красив и обаятелен. Эй, детка, хочешь конфетку? Ха-ха… I’m so cool. Yeah! Я управляю миром, потому что я центр мира. Сколько смыслов вокруг! Вещи и люди значат что-то другое, отсылают ко мне одному. Я могу докопаться до сути любого предмета, явления и человека. Смотрите какой я офигительный… Мысли проскакивают в голове со скоростью света. Мне всё под силу. Я могу пойти на любой разговор и выйду из него победителем. Мне даже не нужно прикладывать усилий, я и так победитель. Всё вращается вокруг меня. Я – гений. Я остроумен, рассказываю только классные шутки и штуки. Я могу соблазнить даже камень. Я могу написать роман и он станет бестселлером, если, конечно, тупой читатель окажется в состоянии понять мою врожденную гениальность. Я не нуждаюсь во сне, еде, защите от холода. Я нечеловечески силен и обаятелен. Люди сами тянутся ко мне и я истощаю их своими словами. Истощив словами одного, я перехожу к другому. Мир существует лишь для меня одного. Я – ваш господин! Я могу делать с вами всё, что захочу. Так и быть, ступайте, мне достаточно себя одного. Я могу танцевать и смеяться в одиночестве. В каждом моем движении и слове зреют мириады миров. Эй, людишки, вам меня не понять. Ха-ха… Я могу взять на гитаре любой аккорд и он окажется музыкой сфер. Я неисчерпаем. Мне не нужно читать книги, ведь я знаю наперед их содержание. Когда я иду по улицам, все смотрят на меня и восторгаются. Один мой внешний вид говорит им о том, насколько я крут и неординарен. Я легко заглядываю людям в глаза. Я не оборачиваюсь назад. Я фонтанирую идеями и каждая из них стоит миллион, нет, каждая из них бесценна. Yeah! Я знаю английский, даже не уча его. Я могу пешком обойти весь свет. Я бессмертен и никогда не умру. Я могу заниматься сексом до самого утра. Я помню до мельчайших деталей всё, что когда-либо происходило со мной. Это я делаю мир лучше, богаче смыслами и оттенками. Всё зависит от того, как я смотрю на вещи. Вы не способны понять то, что понимаю я. Я крутой. Радуйтесь, что я уделяю вам внимание. Можете молчать, я и так знаю, что вы скажете. Я читаю ваши мысли, вижу вас насквозь. Мой взгляд суров и добр, он растопит и камень. Я загадываю всевозможные желания и они исполняются. Мне не нужно думать, помнить и опираться на опыт: вещи и люди, не зная того, сами подсказывают мне как поступать и что говорить. Мне не нужно писать стихи, я говорю стихами. И в каждой строке – бездна смысла. Даже если я повторяюсь, то это значит другое. Все выражают мне почтение, приветствуют меня и преклоняются. Ведь я самый умный и неповторимый. Такого как я вам никогда и нигде не отыскать. Радуйтесь, что я хожу среди вас, смотрю на вас. Лишь я один достоин восхваления. Я с ходу изобретаю новые слова. Никто не ощущает музыку столь глубоко, как я. Я сам есть музыка. Слушайте меня и кайфуйте. Ха-ха… Yeah, baby, fuck!!!
Nicat Məmmədov – şair, tərcüməçi, nasir. 1982-ci ildə Bakıda doğulub. Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirib (2004). “Струение. Axın. Streaming” (2010) və “Dilin Xəritəsi” (rusca) (2010) kitablarının müəllifidir. Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin “İlin ən yaxşı tərcüməsi” nominasiyasında mükafatın laureatı (2004), Milli Kulturoloji mükafatın laureatı (2007) və Yeltsin Fondunun “Молодое перо” nominasiyasında mükafatın laureatı (2007). II Beynəlxalq Rus-Gürcü Poeziya Festivalının (2008) və VI Daşkənd Açıq Poeziya Festivalının iştirakçısı (2008).