Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif Ətraflı bax
Gender Bərabərliyi Mükafatı! Fransa və Almaniyanın Azərbaycandakı Səfirliyi gender bərabərliyi istiqamətində fəaliyyəti olan azərbaycanlı qadınlar üçün müsabiqə elan edir. İştirak üçün ingilis dili biliyi vacibdir. 20 aprelə qədər layihələrinizi göndərə bilərsiniz.Ətraflı bax
Məni unutma! - Qadın cinayətlərinə həsr edilmiş onlayn incəsənət layihəsi. Konseptual rəssam Vüsal Rəhim bu layihə ilə son zamanlar ölkədə baş verən qadın qətllərinə diqqət çəkir. O, 7 qadının portretini vizuallaşdıraraq onların ölüm hekayələrini qurbanların öz dilindən təqdim edir. Ətraflı bax
15-19 fevral platformamızda bu mövzu ilə bağlı müxtəlif kontentlər görə biləcəksiniz. Onlardan biri də Bakı Media Mərkəzi ilə birgə hazırladığımız sosial çarxdır. Məqsədimiz narkomaniyaya fərqindəlik yaratmaq və cəmiyyəti bu mövzuda məlumatlandırmaqdır.Ətraflı bax
Qarabağdan məcburən köçürülmüş və əksəriyyəti Azərbaycanın müxtəlif regionları və Bakıda məskunlaşan 1 milyona yaxın insan var. Video onların yaşadığı müxtəlif qəsəbələrdə çəkilib. Növbəti müstəqillik günlərimizi Qarabağda, hər kəsin öz doğma yurdunda qeyd edəcəyini görmək arzusu ilə birgə olaq! Ətraflı bax